Z.N.Aslanov “Hüquqi dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində vəkillik institunun rolu

Publication image

Bu monoqrafiya hüquqi dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində vəkillik institutunun rolunun təhlilinə həsr olunmuşdur. Müəllif həmin monoqrafiyada vəkillik institutunun nəzəri aspektləri: vəkillik institutunun anlayışı və mahiyyəti, vəkillik institutunun yaranması tarixi, vəkilliyin fəaliyyət prinsipləri, vəkillik institutunun funksiyaları, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti və vəkillik institutu ilə bağlı məsələləri, habelə vəkillik institutunun təkmilləşdirilməsinin bəzi məsələlərini ətraflı şəkildə araşdırmışdır.

Monoqrafiya əsas etibarilə elmi işçilər, ali təhsil müəssisələrinin hüquq fakültələrinin müəllimləri, doktorantları, magistrantları və tələbələri, habelə vəkillik institutunun fəaliyyətində insan hüquqlarının müdafiəsi problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ