“Washington Times” Ermənistanda “çirkli bomba” yaradılması haqqında

“Ermənistanın nüvə materialları “çirkli bomba” yaradılması məqsədilə istifadə edilə bilər” – deyə, Begin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin böyük elmi işçisi Aleksandr Murison Amerikanın “Washington Times” qəzetində dərc olunan məqaləsində bildirmişdir.

Onun fikrincə, bu yaxınlarda ABŞ paytaxtında keçirilən nüvə təhlükəsizliyi üzrə dördüncü sammit “qaydaları pozan” və sanksiyaların tətbiq olunması üçün əsas verən ölkələr üzərində nəzarətin çatışmazlığının müzakirə olunduğu tədbir ola bilərdi.

Gürcüstan hakimiyyət orqanlarının bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumatı Cənubi Qafqazla bağlı narahatlıq yaradır. Belə ki, onlar qanunsuz olaraq nüvə materialı, o cümlədən uran izotopu çıxarmağa və satmağa cəhd göstərmişdilər. Yüksək radioaktivli U-238 bir çox ölümcül təhlükəli və dağıdıcı silah növləri, o cümlədən “çirkli bomba” yaradılması üçün istifadə oluna bilər.

Müəllif yazır ki, bu, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağ ərazisində hazırda müxtəlif növ qanunsuz qaçaqmalçılıqdan – nüvə materiallarından tutmuş silah və narkotiklərə qədər istifadə olunması ilə bağlı məlumatlara inamı artırır. Ermənistan vətəndaşlarının törədə biləcəyi təhdidlərə əlavə olaraq, Ermənistanın özündə olan Çernobıl tipli köhnə nüvə reaktorlu atom elektrik stansiyası da nüvə həyəcanını yeni səviyyəyə qaldırır.

                                                                                                                                             4 may 2016

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ