“Azərbaycan Prezidenti xalqın bir daha əziyyət çəkməsinə imkan verməyəcək”

Publication image

Prezident hərbi hissənin qərargahı, kazarmalar və yeməkxana ilə tanış olmuş, şəxsi heyətlə görüşmüşdür. Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanı təmas xəttində yaranmış son vəziyyətlə bağlı məlumatlandırmışdır.

Prezident xanımı ilə Tərtər şəhərində iri çaplı silahlardan açılan atəş nəticəsində dağılmış evlərə baxmışlar. Dövlət başçısına məlumat verilmişdir ki, şəhərdə 254 ev, 4 məktəb, 2 həkim məntəqəsi və 1 uşaq bağçası ziyan görmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, deputat Aytən Mustafazadə dövlət başçısının və birinci xanımın cəbhəyanı rayonlara səfəri ilə bağlı fikirlərini bölüşmüşdür.

“İlham Əliyevin təmas xəttinin yaxınlığında yerləşən rayonlara səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu addım bir daha sübut edir ki, Prezident bütün əsas məsələləri öz nəzarəti altında saxlayır, o, vəziyyəti yerindəcə qiymətləndirməyə və qərar qəbul etməyə hazırdır” – deyə, Aytən Mustafazadə 1news.az saytına müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, son günlər münaqişə zonasında vəziyyətin yenə də kəskinləşməsi fonunda İlham Əliyevin və Mehriban Əliyevanın cəbhəyanı rayonlara səfəri və şəxsi diqqətləri əsgərlərin döyüş ruhunu qoruyub saxlamaq, eləcə də gözlənilən təhlükəyə baxmayaraq doğma torpaqlarını tərk etməyən mülki əhalidə inam yaratmaq məqsədi daşıyırdı.

Aytən Mustafazadə əmindir ki, “Prezident Azərbaycan xalqının ikinci dəfə əziyyət çəkməsinə imkan verməyəcək”.

İlham Əliyev və Mehriban Əliyeva cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndində də olmuşlar. Burada erməni mövqelərindən açılan artilleriya atəşləri nəticəsində 55 ev zədələnmiş, onlardan 14-ü tamamilə dağılmışdır. Prezident və xanımı zərər çəkmiş evlərin bəzi sakinlərini ziyarət etmişlər.

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyəti şərh edən Aytən Mustafazadə qeyd etmişdir ki, Yerevan problemi həll etmək və status-kvonu dəyişmək arzusunda olmadığını nümayiş etdirir. Prezident İlham Əliyevin bəyanatına istinad edən o, qeyd etmişdir ki, Ermənistan prezidenti Serj Sarqsyanın davranışı bu adamın konstruktivizmə qadir olmadığını sübut edir.

“Aprelin 5-dən etibarən atəşin dayandırılması ilə bağlı razılığa yalnız Azərbaycan əməl edir. Erməni tərəfi isə 20 ildən artıq müddətdə olduğu kimi, yenə də razılaşmaya riayət etmir” – deyə Aytən Mustafazadə vurğulamışdır.

O, qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın hərbi mövqeləri və mülki yaşayış məskənləri hər gün atəşə tutulur. Bu gün onlar artıq yetərincə ciddi silahlar tətbiq edir və bununla da cəbhəyanı bölgədə yaşayan dinc Azərbaycan əhalisinə böyük təzyiqlər göstərməyə çalışırlar.

“Lakin Ermənistan unudur ki, Azərbaycan xalqı öz torpağındadır və xüsusilə, aprelin əvvəllərində baş verən hadisələrdən sonra dinc əhali öz yaşayış yerlərini tərk etməyəcək, çünki onlar dövlət başçısının doğma ərazilərimizi azad etməyə tam qərarlı olduğunu gördülər, - Aytən Mustafazadə söyləmişdir. – Azərbaycan xalqı Prezidenti tam dəstəkləyir və bir qarış torpağını da düşmənə vermək niyyətində deyil”.

Deputat əmindir ki, Azərbaycan Prezidentinin son illər yürütdüyü siyasət beynəlxalq hüquq normaları nəzərə alınmaqla Dağlıq Qarabağ probleminin həll olunmasını, işğal altında qalan ərazilərimizin qaytarılmasını və Azərbaycanın ərazi bütövlüyünün qorunub-saxlanmasını daha inamla tələb etmək imkanı yaradır.

                                                                                                                                                                                                     1news.az

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ