“Böyük İpək Yolu Azərbaycan dövlətinin geostrateji maraqları kontekstində”

Publication image

Kollektiv əməyin məhsulu olan kitabda Böyük İpək Yolunun yaranması, tarixi inkişafı, mədəniyyətlərarası yaxınlaşma və dövlətlərarası münasibətlərin qurulması prosesində rolundan və təsirindən bəhs olunur. İpək Yolu xalqların ticarət, mədəni və digər xarakterli əlaqələrinin qurulmasında və inkişaf etməsində müstəsna rol oynamışdır. Hətta, müasir dövrün termini kimi nəzərdən keçirilən qloballaşma prosesinin əlamətləri məhz İpək Yolunun fəaliyyəti dövründə özünü aydın biruzə verirdi. Belə ki, mədəni dəyərlərin, kapitalın, malın, işçi qüvvəsinin yerdəyişməsi prosesində İpək Yolunun kifayət qədər böyük rolu vardı. İşıq üzü görmüş kitabda İpək Yolunun iqtisadi-ticari xarakterli funksiyaları ilə yanaşı, xalqlar arasında mədəni inteqrasiyanın əsas hərəkətverici qüvvə olması da əsaslandırılır. Hər şeydən öncə Böyük İpək Yolunun yaranmasını zəruri edən tarixi reallıqlar ətrafında təhlillər aparılmışdır. Nəzərə çatdırılır ki, İpək Yolu dövlətlərarası təmasların yaranmasında və sıxlaşmasında ciddi rol oynamışdır.

Təbii ki, yolun sosial-iqtisadi mahiyyətinin açılması və bu istiqamətdə dərin təhlillərin aparılması da kitabın hazırlanmasının başlıca motivlərindən biri olmuşdur. Böyük İpək Yolunun müasir mərhələdə əhəmiyyətinin əsaslandırılması da diqqət mərkəzində olmuşdur. Belə ki, yolun bərpasının əvvəlkindən daha ciddi töhfələr verəcəyi kitabda əsaslandırılır.

Böyük İpək Yolu layihəsinin Azərbaycan Respublikasının geostrateji maraqları kontekstində nəzərdən keçirilməsi kitabın əhəmiyyətini daha da artırır. Kitaba aid daha bir səciyyəvi cəhət ondan ibarətdir ki, onun hazırlanmasında  çinli professor Lu Bing də yaxından iştirak etmişdir.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ