Moisey Bekker: XX əsrin əvvəllərində Azərbaycanın milli siyasəti (yəhudi icmasının timsalında)

Publication image

Monoqrafiyada Azərbaycan Respublikası Dövlət Arxivinin və Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri, həmçinin dövri mətbuatın materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi, iqtisadi və sosial həyatında yəhudi etnik qrupu nümayəndələrinin iştirakı məsələləri ətraflı işıqlandırılır.
Müxtəlif azlıqların həm titul millətin təmsilçiləri ilə, həm də millətlərarası qarşılıqlı təsir səviyyəsində qarşılıqlı münasibətlərinin problemləri araşdırılır. Vahid Azərbaycan sosiumu çərçivəsində müxtəlif etnos və konfessional qruplar baxımından təbii inteqrasiya problemlərinin həllində əsas prinsip olaraq milli-mədəni muxtariyyətin təşkili, inkişafı və təkmilləşdirilməsi məsələləri qaldırılır. Yeni mədəni-tarixi birliyin yaranması prosesində Azərbaycan dövlətinin təhsil, dil və din siyasətinin rolu göstərilir.

Rəqəmlərdə

  • 170

    Events
  • 10

    Departments
  • 154

    Publications

TƏDBİRLƏRİMİZ