Midhəd Seyidəhməd oğlu Qəfərov; Asif Xanoğlan oğlu Qədirov; Hikmət Qismət oğlu Eyvazov: “Hüquq-mühafizə orqanları” (dərs vəsaiti)

Publication image

Dərs vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyi və müasir hüquq ədəbiyyatında əks etdirilən məlumatlar, habelə Təhsil Nazirliyinin təsdiq etdiyi və müəlliflər tərəfindən hazırlanmış bu predmet üzrə tədris proqramı və tədris- metodiki vəsaitin əsasında hüquq-mühafizə fəaliyyəti və bu fəailiyəti həyata keçirməyə qadir olan dövlət və qeyri-dövlət orqanları haqqında ilkin, lakin ətraflı nəzəri və hüquqi biliklər verir. Ensiklopedik izahlı məlumat xarakteri daşıyan bu dərslikdə həm hüquq-mühafizə orqanlarının, həm də hüquq-mühafizə fəaliyyətində mühüm rol oynayan müstəqil, qeyri-dövlət orqanı olan vəkilliyin mahiyyəti, onların təşkili və inkişaf tarixi, onların digər dövlət, qeyri-dövlət orqanları ilə qarşılıqlı əlaqələri öyrənilir. Dərs vəsaiti, həmçinin ABŞ, bəzi Avropa və MDB ölkələrinin hüquq-mühafizə orqanları haqqında da müqayisəli məlumatlar verilmişdir.
Dərs vəsaiti hüquq-mühafizə orqanlarına və hüquq-mühafizə fəaliyyətinə dair Azərbaycan Respublikası qanunvericiliyinin son əlavə və dəyişiklikləri nəzərə alınmaqla hazırlanmış və materialların daha asan mənimsənilməsi və dərk edilməsi üçün sxemlər tərtib edilmişdir.
Dərs vəsaiti hüquqşünaslar, hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquq təhsili verən ali məktəblərin bakalavırları, magistrləri və müəllimləri, eləcə də bu sahədə mütəxəssislər, habelə hüquq ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

Rəqəmlərdə

  • 188

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ