Aytən Mustafazadə,Zamiq Aslanov: Tibb hüququ

Publication image

Dərs vəsaiti Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır.

Təqdim olunan dərs vəsaitində müasir dövrdə Azərbaycan Respublikasında tibbi fəaliyyətin hüquqi tənziminin və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılmış, tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqları, tibb işçiləri və həkimlərin hüquqi statusu, pasiyentlərin hüquqlarının pozulmasına görə məsuliyyət, Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının hüquqi əsasları, insan orqan və toxumalarının transplantasiyası üzrə tibbi fəaliyyətin hüquqi əsasları, Azərbaycan Respublikasında icbari tibbi sığortanın hüquqi tənzimi, həkim səhvi, tibbi fəaliyyətin bir sıra digər təzahürlərinin hüquqi əsasları, beynəlxalq tibb hüququ kimi məsələlər nəzərdən keçirilmişdir.

Dərs vəsaitindən hüquq və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, doktorantları və tələbələri, səhiyyə və sosial xidmət işçiləri və bütövlükdə, tibbi fəaliyyətin hüquqi nizamlanması məsələləri ilə maraqlanan hər kəs yararlana bilər.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ