M.N.İmanlı: CİNAYƏT HÜQUQU. XÜSUSİ HİSSƏ
(Dərslik)

Publication image

Cinayət hüququnun Xüsusi hissəsinə dair tədris proqramına uyğun yazılmış bu kitab üç hissədən ibarətdir. Birinci hissədə Azərbaycan Respublikası cinayət hüququnun Xüsusi hissəsinin sistemi, cinayətlərin tövsifi ilə əlaqədar məsələlər araşdırılır və Cinayət Məcəlləsinin Xüsusi hissəsinin fəsilləri üzrə bütün cinayət tərkiblərinin cinayət-hüquqi xarakteristikası verilir. İkinci hissədə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin ayrı-ayrı maddələrində verilmiş konkret cinayət tərkiblərinə aid misallar əksini tapmışdır. Üçüncü hissədə cinayət hüququnun Xüsusi hissəsinin müxtəlif məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarından çıxarışlar və Cinayət Məcəlləsinin Xüsusi hissəsinin bəzi normalarının şərhi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarından çıxarışlar yerləşdirilmişdir.
Kitab cinayət hüququnun Xüsusi hissəsinə daxil olan cinayət tərkiblərinin qanunun nəzərdə tutduğu mənada qavranılmasında, cinayət hüquq normalarının təcrübədə düzgün tətbiq olunmasında hüquqşünaslara kömək edəcəkdir.
Kitab “Hüquqşünaslıq” ixtisası üzrə dərs keçən müəllimlər, habelə təhsil alan tələbələr, müdavimlər, doktorantlar, elmi tədqiqat fəaliyyəti ilə məşğul olan şəxslər, məhkəmə, prokurorluq, vəkillik, istintaq və digər hüquq-mühafizə orqanlarının əməkdaşları və hüquq sistemi ilə maraqlanan sair şəxslər üçün nəzərdə tutulur.

Rəqəmlərdə

  • 190

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ