“Qafqazda iudaizm”

Yəhudilər müasir Azərbaycan ərazisinə II Kir tərəfindən həm Azərbaycan torpaqlarının, həm də keçmiş Babil çarlığının ərazilərinin də daxil olduğu böyük Əhəmənilər imperiyasının yaradılmasından sonra gəlmişlər. E.ə.538-ci ildə Kirin məşhur fərmanından sonra Babil qaçqınlarının bir hissəsi Vətənə qayıtdı, qalanlar isə yeni dövlətin iqtisadi və sosial həyatına qatıldılar. VII əsr tarixçisi Musa Kalankatuqlu Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərində VII əsrdə xristian, yəhudi və bütpərəstlərin yaşadığını göstərir.

  XIII əsrin ikinci yarısında Elxanilər Azərbaycanı öz imperiyalarının mərkəzi vilayətinə çevirdilər. Onların dini tolerantlığı əksər yəhudiləri Azərbaycana cəlb etdi. Yəhudi Müəzzim əd-Dövlə Təbriz administrasiyasının başçısı idi, yəhudi Labid ben Əbi-r-Rabi bütün Azərbaycan administrasiya sisteminə rəhbərlik edirdi.

  XVIII əsrin ortalarında Azərbaycan ərazisində kiçik feodal dövlətlər yarandı. Onlardan ən böyüyünün – Quba xanlığının əsasını qoyan Hüseyn Əli xan tacirləri, sənətkarları və mədən işi bilicilərini dəvət etdi. Gələnlərin arasında çoxlu yəhudi də vardı. 1731-ci ildə onlar yeni qəsəbənin – Yəhudi (Qırmızı) və ya Dağətəyi qəsəbənin əsasını qoydular. Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil olması dağ yəhudilərinə digər yəhudi dünyası ilə əlaqələri gücləndirməyə imkan verdi.

İlk aşkenazi yəhudilər Azərbaycana 1810-cu ildə gəlmişlər. 1896-cı ildə Bakıda ieşiva açıldı. 1898-ci ildə kişi, 1901-ci ildə isə qadın şənbə məktəbləri fəaliyyətə başladı. 1920-ci ilə qədər Bakıda yəhudi gimnaziyası mövcud idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Cümhuriyyətin bütün hökumətlərində və parlamentdə yəhudi əhalisinin 1-2 nümayəndəsi var idi. Məşhur uşaq həkimi, professor Y.Gindes səhiyyə naziri idi.

1926-cı ildə Azərbaycan SSR-də 19 min Avropa (aşkenazi), 7,5 min dağ və 427 nəfər gürcü yəhudisi yaşayırdı. 1987-ci ildə Bakıda SSRİ-də ilk dəfə olaraq leqal ivrit dili kursları açıldı. 1990-cı ildə “Azərbaycan–İsrail” dostluq cəmiyyəti və “Soxnut”un nümayəndəliyi fəaliyyətə başladı. 1993-cü ildə Bakıda İsrail Dövlətinin səfirliyi açıldı. 2005-ci ildə yəhudi icmasının nümayəndəsi Yevda Abramov Milli Məclisin deputatı seçilmiş, 2010-cu ildə yenidən parlamentin üzvü olmuşdur. 2011-ci ildə Bakıda dağ yəhudiləri üçün yeni sinaqoq tikilmişdir.

                                                                   Gürcüstan yəhudiləri

  İlk yəhudilər Gürcüstana e.ə. 539-cu ildə gəlmişlər. Gürcü yəhudilərinin yoxsul vəziyyəti monqol yürüşlərindən sonra onların təhkimçi vəziyyətinə düşməsinə səbəb oldu. Təhkimçilik hüququnun XIX əsrdə ləğvindən sonra onlar şəhərlərə köçməyə başladılar. 1981-ci ilin ortalarına qədər təxminən 30 min gürcü yəhudisi İsrailə repatriasiya etmişdir.

                                                       Kabardin-Balkar

  1847-1848-ci illərdə Nalçik qalasının yaxınlığında məskunlaşan dağ yəhudiləri burada yəhudi koloniyasının əsasını qoymuşlar. 1980-ci illərin əvvəllərində şəhər icması 12 min nəfərdən yuxarı, 1991-1992-ci illərdə isə 17-18 min təşkil edirdi. Yerli əhali onlara həmişə dostcasına yanaşmışdır. 1993-cü ildə Nalçikdə yeni sinaqoq tikilmişdir.

                                       Şimali Osetiya (Alaniya) yəhudiləri

  Yəhudilər Vladiqafqazda 200 ildən çoxdur ki, yaşayırlar. 1804-cü ildə çar reskripti Avropa yəhudilərinə Qafqazda yaşamaq icazəsi verdi. Bu, təcrübəli sənətkarlara olan tələbatla bağlı idi. 1860-cı ildə şəhərdə Əsgər sinaqoqu tikildi. 1880-ci ildə Sənətkar sinaqoqu fəaliyyətə başladı.

                                                 Dağıstan yəhudiləri

  Dağıstanda həm Avropa (aşkenazi), həm də dağ yəhudiləri yaşayırlar. Şərqi Qafqazda dağ yəhudilərinin məskunlaşmasını tədqiqatçılar Sasanilər sülaləsinin (226-651-ci illər) hakimiyyəti illərinə aid edirlər. Tarixi məlumatlara əsasən, dağ yəhudiləri əvvəlcə Azərbaycanın Şirvan və Arran ərazilərinə köçmüşlər. Onların Dağıstanda ən qədim məskənləri Kaytaqda Cuhud-Qatta dərəsidir. XX əsrin 70-ci illərindən başlayaraq onlar İsrailə, Qərbi Avropa dövlətlərinə və Şimali Amerikaya mühacirət etmişlər. 1898-ci ildə Azərbaycanın ümummilli lideri Rusiya Federasiyasında antisemitizmin artması ilə əlaqədar olaraq bildirmişdir ki, “bizdə bu təzahür olmayıb, yoxdur və biz ona heç vaxt yol vermərik. Bu, bizim qəti mövqeyimizdir və biz bu mövqeyimizdən dönməyəcəyik”.

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ