Saxta tarix, saxta soyqırım

                                         Bəşəriyyət erməni “mütəfəkkirləri”nin yalanlarından qurtulmağa qadirdir

“Ermənilərin soyqırımı” tarixi termin kimi XX əsrin əvvəllərində yaranmışdır, lakin onun tarixi kökləri daha erkən dövrlərə aiddir. Saxtakarlıqlar, mənimsəmələr, riyakarlıqlar, satqınlıqlar, mənəviyyatsızlıqlar əsasında formalaşan və ermənilər tərəfindən türk dünyasına qarşı “ölümsaçan  silah”a çevrilən bu termin saxta nəzəriyyədən başqa bir şey deyildir.

Erməni “tədqiqatçılarının” və “mütəfəkkirlərinin” uydurduqları tarixdən fərqli olaraq gerçək tarixə müraciət edilərsə, XIX əsrin sonlarında Osmanlı imperiyasının ən mühüm problemlərindən birinin “erməni məsələsi” olduğunu görmək olar.

Tarixi faktlar sübut edir ki, Osmanlı imperiyasında azlıq təşkil edən erməni millətçiləri bu regionda yaşayan türk və kürd əhalisini amansız işgəncələrə məruz qoymuş, kəndləri yandırmışlar.

Məşhur fransız mütəfəkkiri Dümon Fransa və İngiltərənin Xarici İşlər nazirliklərində saxlanılan sənədləri araşdıraraq təsdiq etmişdir ki, ermənilərə münasibətdə heç bir “soyqırım” olmamışdır, əksinə, erməni terrorçuları tərəfindən qanlı cinayətlər törədilmişdir, nəticədə hər iki tərəfdən zərərçəkmişlər olmuşdur.

Türkiyə Baş Dövlət Arxiv İdarəsinin məlumatlarına görə, ermənilər 1906-1922-ci illərdə 2 milyonu türkü qətlə yetirmişlər. Həmin dövrdə təkcə Anadoluda və Qafqazda öldürülən türklər 517 min 955 nəfər təşkil etmişdir.

XX əsrin sonlarında erməni terrorçuluğu beynəlxalq terrorçuluğun ən təhlükəli qollarından birinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində terrorçuluq aktları törədən 27 güclü terror təşkilatından 12-si bu sahədə çoxillik təcrübəsi olan ermənilərə məxsusdur.

Məlum olduğu kimi, XX əsrdə azərbaycanlılar Qərbi Azərbaycandan (indiki Ermənistandan) üç dəfə deportasiya olunmuşlar. Sonuncu dəfə 1988-ci ilin qışından başlayaraq, Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. 300 min azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, ev və əmlakından məhrum edilmişdir. 217 nəfər vəhşicəsinə öldürülmüş, 26 şəxs əsir götürülmüşdür.

Beynəlxalq hüquq normalarına, demokratiya və insanpərvərlik prinsiplərinə zidd olan qanlı hadisələrdən təxminən 25 il keçmişdir. Fikrimizcə, bəşəriyyət artıq 200 ildən çox bir müddətdə özlərinin “böyük Ermənistan” adlı sərsəm ideyası ilə yaşayan erməni “mütəfəkkirlərinin və alimlərinin” yalan və illüziyalarından qurtulmağa qadirdir.   

 
 
                                                                                           Esmira Orucova,
                                                                                                                           AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçis  
 
 
 

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ