Beynəlxalq (Publik) Hüquq kursu (dərslik)

Publication image

Kollektiv müəlliflər:

Mustafazadə Aytən İnqilab qızı,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru,
millət vəkili, professor, hüquq üzrə elmlər doktoru;
Əliyev Etibar Əli oğlu,
Azərbaycan Hüquqşünasları Konfederasiyasının üzvü,
Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü,
professor, hüquq üzrə elmlər doktoru;
Əfəndiyev Oktay Fridun oğlu,
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru,
hüquq üzrə elmlər doktoru;
Hüseynova Fatimə Etibar qızı.
Dünya Tibbi Hüquq Assosiasiyasının üzvü, “Nəqliyyat hüquq” elmi-nəzəri, təcrübi jurnalı redaksiya
heyətinin üzvü, dosent, hüquq üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikasında müvafiq tədris proqramı əsasında kollektiv müəlliflər tərəfindən yazılmış bu dərslikdə beynəlxalq (publik) hüququn xüsusi hissəsini təşkil edən hüquqi qurumlara anlayış verilir, onların nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq (publik) hüququn xüsusi hissəsinə dair müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir, onun konkret hüquq sahələri fərqləndirilir.
Müasir dövrdə beynəlxalq (publik) hüquq kursu beynəlxalq müqavilələr hüququ, xarici əlaqələr hüququ, beynəlxalq təşkilatlar hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq iqtisadi hüquq və s. bu kimi müstəqil (publik) hüquq sahələrini əhatə edir; hər bir müstəqil hüquq sahəsinə dair məsələlər elmi-nəzəri cəhətdən beynəlxalq-hüquqi kontekstdə işıqlandırılır.
Sözügedən dərslik müasir beynəlxalq (publik) hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir.
Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə beynəlxalq hüquq elmi sahəsində çalışan mütəxəssislər, vəkillər və digər praktik işçilər faydalana bilərlər.

Rəqəmlərdə

  • 181

    Events
  • 10

    Departments
  • 162

    Publications

TƏDBİRLƏRİMİZ