Bəxtiyar Əliyev: “Əməliyyat-axtarış fəaliyyətinin əsasları” (dərslik)

Publication image

Dərslik uzun müddət hüquq-mühafizə orqanlarında əməliyyat-axtarış aparatlarında xidmət etmiş və edən, habelə bu orqanların ali təhsil müəssisələrində elmi-pedoqoji fəaliyyətlə məşğul olan əməkdaşları, Bakı Dövlət Universitetinin , Dövlət Gömrük Komitəsinin Akademiyasının və Hüquq və İnsan Haqları İnstitutunun professor-müəllim heyəti tərəfindən hazırlanmış və ona əməliyyat-axtarış fəaliyyətinin məxfi olmayan müasir elmi-nəzəri biliklərini və hüquqi əsaslarını əks etdirən əsas müddəaları daxil edilmişdir.
Dərslikdə Azərbaycan Respublikasının ƏAF sahəsində qanunvericilik aktlarından, müasir əməliyyat-axtarış fəaliyyətinin yaranması və inkişafında əvəzedilməz əməyi olan alimlərin elmi-nəzəri və təcrübi səciyyəli tədqiqat materiallarından, həmçinin cinayətkarlığa qarşı mübarizə ilə bağlı ƏAF-nin subyektlərinin təcrübəsinə dair materiallardan, son illərdə dərsliyin müəllifləri tərəfindən hazırlanmış və ƏAF nəzəriyyəsinin tədrisində istifadə edilən dərs vəsaitlərindən istifadə edilmişdir.

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ