“Alovlar arasından Azərbaycan əsirləri : Humanitar hüququn Ermənistana qarşı məhdudiyyətləri”

 4 aprel 2017-ci il tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin elmi işçisi və doktorantı Səid Musayevin İsrailin nüfuzlu  qəzetlərindən biri olan “The Times of İsrael”-də (fransız dilində) “Alovlar arasından Azərbaycan əsirləri  : Humanitar hüququn Ermənistana qarşı  məhdudiyyətləri” başlığı altında Ermənistanın Azərbaycanlı əsirlərə qarşı amansız rəftarı, Dilqəm və Şahbazın ədalətsizlik nəticəsində bu ölkə tərəfindən beynəlxalq aləmin gözü önündə hələ də əsirlikdə saxlanılmasından bəhs edən məqaləsi dərc olunub.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 25 ildən artıqdır davam etməsi, Ermənistanın işğal altında yerləşən tarixi və mədəni abidələri məhv etdiyi, əsirlərlə amansız davranışla beynəlxalq humanitar hüququn pozulmasının ön plana çəkildiyi məqalədə müəllif beynəlxalq və beynəlxalq olmayan münaqişələrdə əsirlərlə davranış və onların mühafizəsinin 12 avqust 1949-cu ildə qüvvəyə minən beynəlxalq Cenevrə konvensiyasının nəzarətində olduğunu bildirir.

2014-cü ilin 12 iyul tarixində boya-başa çatdıqları öz doğma Kəlbəcər rayonunda Ermənistan hərbiçiləri tərəfindən əsir götürülən Dilqəm  Əskərov(54 yaş)və Şahbaz Quliyev(46 yaş)  məqsədi öz ata-baba yurdlarını ziyarət etmək, doğma torpaqlarına qovuşmaq istəyən Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində 1.200.000 qaçqın və məcburi köçkünlərdən biridirlər. Əsir düşdükləri ilk andan Ermənistan tərəfindən xüsusi amansızlıq  aktları ilə işgəncələrə məruz qalan, səhhətlərində neqativ tendensiya olan bu günahsız insanların Ermənistanın müdafiə nazirliyi tərəfindən sərsəm bəyanatla kəşfiyyat xarakterli səfər məqsədi daşıdıqları üçün cinayətkar hesab edilərək Dağlıq Qarabağda separatçı rejimin təşkil etdiyi saxta məhkəməylə Şahbaza 22 il, Dilqəmə isə ömürlük həbs cəzası verilməsi oxucuların diqətinə çatdırılır.

Bu sahədə beynəxalq hüquq normalarının tətbiq olunmasının vacib olduğunu, habelə bütün dövlətlərin öz üzərlərinə humanitar hüquqdan irəli gələn prinsiplərə əməl etməklə bağlı öhdəliklər götürdüyünü Ermənistanın da beynəlxalq aləm qarşısında bu öhdəliklərə hörmət etməli olduğu məqalədə xüsusi vurğulanır. Bu sahədə xüsusi  rola mənsub olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vəkillik missiyasının, əsir və müharibə məhbuslarının hüquqlarının qorunması, münaqişə zonasında onların səhətinin nəzarətdə saxlanması baxımından çox önəmli olduğu vurğulanır. Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri Əli Həsənovun 16 dekabr 2015-ci ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerlə görüşü və görüş nəticəsində bu təşkilatın Ermənistanın Azərbaycanlı əsirləri azad etməsi ilə bağlı köməklik etməklə bağlı müraciətin edilməsi, habelə Dilqəm və Şahbazla audio görüntülü bağlantının qurulub yaxınları ilə danışması ilə bağlı Əli Həsənov təklifi məqalədə qeyd olunur.

Əslində münaqişə zonasına, orada əsirlərin və itgin düşmüş Azərbaycan vətəndaşlarının yaşayış tərzi, onlara tətbiq olunan qaydalarla yerindəcə maraqlanıb məlumatlanmaq üçün beynəlxalq təşkilatların işğalçı Ermənistanla razılıq əldə etməsinin heç də asan olmadığını, bu ölkədə hüququn işləmədiyi oxuculara konkret faktlarla bildirilir. Habelə Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən bütün beynəlxalq institutlardan Dilqəm və Şahbazın talehiylə bağlı biganə qalmamağı, işğalçı Ermənistana bütün vasitələrlə təziq edilməsi ilə bağlı həyata keçirilən işlərdən danışılır. Cenevrə Konvensiyasının 3-cü maddəsi düşmən əlində bütün şəxslərin hər hansı bir mənfi ayrı-seçkilik edilmədən onların müayinə olunması tələb olunduğu halda 2016-ci ilin 14 sentyabr tarixində BMT-nin İnsan Hüquqları üzrə ali Kommisarı Zeid Ra’ad Al Husseinin təşkilatın öz rəsmi bəyanatında Ermənistan rəhbərliyinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf 7 rayona rəhbərlik etdiyi təşkilatın nümayəndə heyətinin daxil olub müşahidə aparmasına imkan verilmədiyi və əsir düşmüş insanların yaxınlarının Dilqəm və Şahbazla bağlı narahatlıqları başa düşüləndi,  mövcud halın dözülməz olmasını etiraf etməsi oxuculara bildirilir.

Ermənistanın Dilqəm və Şahbazla işgəncə, amansız və alçaldıcı davranışı əslində birbaşa aprel ayında böyük itkiylə geriyə çəkilməyə məcbur qalan Ermənistan tərəfiylə beynəlxalq təşkilatların Azərbaycan arasında etimadı bərpa edərək danışıqlar masasına yenidən qayıdılması ilə bağlı etdikləri səylərə birbaşa mənfi təsir etməsi müəllif tərəfindən qeyd olunur. Kəlbəcər rayonunun BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin Ermənistan hərbiçilərinin Azərbaycanın beynəlxalq Birlik tərəfindən tanınan suveren ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı mövcud olduğu, habelə Dilqəm və Şahbazın Ermənistan respublikasının daxili juridikasının pozmadığını, əksinə Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan torpaqlarına səfər etdikləri məqalədə oxuculara əsaslandırılır.

Məqalənin Azərbaycanın əsir düşmüş iki insanın nümunəsiylə, dünyanın bütün nöqtələrində əsir düşmüş insanların talehi ilə bağlı bu məsələlərin siyasiləşdirilmədən yalnızca humanitar hüququn normlaraına əməl olunaraq həll olunmasının vacibliyi vurğulanır. Dünyada bu kimi halların Suriyanın Ələp şəhərində əsirlərlə davranış nümunəsinin yaratdığı neqativ presedent kimi Ermənistanın da beynəlxalq hüququn ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmamazlığı, habelə Cenevrə Konvensiyasının maddələrinə əməl etməyərək digər dövlətlərə çox pis örnək olacağı vurğulanır. Yekunda beynəlxalq sistemdə bu halların aradan qaldırılması və təkrarlanmaması üçün konkret cəza və sanksiya mexanizmlərinin mövcud olmasının vacibliyi qeyd olunur.

 

http://frblogs.timesofisrael.com/des-otages-azerbaidjanais-dentre-les-flammes-limites-du-droit-humanitaire-contre-larmenie/

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ