Sura Hüseynova: Avropa İttifaqı Avropa təhlükəsizlik arxitekturasında: təcrübə, perspektivlər və çağırışlar (monoqrafiya)

Publication image

Monoqrafiya postblok dünya düzənində beynəlxalq-siyasi və geostrateji şəraitdəki radikal dəyişikliklərlə bağlı yeni regional arxitektura təhlükəsizliyinin yaradılmasında Avropa İttifaqının roluna həsr olunmuşdur.

Monoqrafiyada oxucuların diqqətinə təklif olunan tədqiqat predmetinin aktuallığının əhəmiyyətli aspekti Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aparıcı beynəlxalq aktorların çağdaş strategiyalarının təhlil edilməsinə olan elmi tələbatdır. Qlobal siyasətin müasir təkamül mərhələsi üçün səciyyəvi olan və əsasən, onun keçid xarakterli olması ilə şərtlənən strateji qeyri-müəyyənlik şəraitində beynəlxalq-siyasi strategiyanın optimal modelinin qurulması zamanı beynəlxalq-siyasi dinamikanın əsas təmayüllərini, həmçinin konkret dövlətlərin və beynəlxalq birliklərin imkanlarını nəzərə almaq lazımdır.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ