Sülh, dostluq və qarşılıqlı yardım sənədi haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti

Publication image

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Mülki hüquq, mülki proses və sosial-iqtisadi hüquqlar şöbəsinin böyük elmi işçisi Vəfa Yaqubəli qızı Məmmədovanın Qanun jurnalının №01 (327) 2022-ci il tarixli buraxılışında “Sülh, dostluq və qarşılıqlı yardım  sənədi haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti adlı məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan və Türkiyə arasında imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin əhəmiyyəti nümayiş etdirilir, eyni zamanda müvafiq dövlətlərarası sənəd formasında gələcək dövlətlərarası münasibətlər üçün beynəlxalq hüquqi baza rolunu oynadığı bildirilir. Cənubi Qafqazın bəzi qonşu dövlətlərindən fərqli olaraq, bloklara qoşulmamaq siyasəti yürüdən Azərbaycanın heç bir rəsmi müttəfiqinin olmaması, heç bir hərbi sazişin üzvü və hərbi-siyasi blokların üzvü olmadığı vurğulanır. Ölkənin müasir tarixdə ilk dəfə olaraq qardaş Türkiyənin simasında özünə strateji tərəfdaş və rəsmi müttəfiq qazandığı qeyd olunur.

Məqaləni daha ətraflı linkə daxil olmaqla oxuya bilərsiniz.

 

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ