Sevinc Usub qızı Hüseynova : Ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri

Publication image

AMEA Hüquq və İnsan Haqları İnstitutunun 2021-ci ildə çapdan çıxmış daha bir yeni nəşri İnstitutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi h.ü.f.d., Sevinc Usub qızı Hüseynovanın “Ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri” adlı monoqrafiyasıdır.
Monoqrafiyada ehtiyatsızlıqdan adam öldürmə cinayətinin anlayışı və ictimai təhlükəliliyi, bu cinayətə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi təhlil edilmiş, cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri, tövsifi və bu əmələ görə cəza təyini məsələləri hərtərəfli araşdırılmışdır. Eyni zamanda bu kateqoriya cinayətlərlə bağlı bir çox ölkələrin cinayət qanunvericiliyi müqayisəli şəkildə təhlil edilmiş və cinayət qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra yeni redaksiya layihələri təklif edilmişdir.
Bu nəşrdə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərini doğuran səbəb və şərait, onların qarşısının alınmasına yönələn profilaktik tədbirlər, cinayətkarın şəxsiyyəti məsələləri də sistemli şəkildə tədqiqata cəlb olunmuşdur.
Bir sözlə, kitabda ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri kompleks tədqiq edilmişdir.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ