“Müasir hüquq elmində problemlər və onların konstitusion hüquqi həll yolları”

Publication image

AMEA Hüquq və İnsan Haqları İnstitutunun daha yeni bir nəşri çapdan çıxıb. Bu nəşr institutun Dövlət və Konstitusiya hüququ şöbəsinin 2018-ci ildə kollektiv tədqiqatını əks etdirən ilk monoqrafiyadır.
Monoqrafiyada “İdarəetmə problemlərinə kompleks baxış” (h.ü.e.d., professor Ə.Rzayev), “Həmkarlar İttifaqının əmək münasibətlərinin tənzimlənməsinin konstitusion əsasları” (h.ü.e.d., professor H.Qurbanov), “ASAN xidmət”in fəaliyyətinin tənzimlənməsinin konstitusion hüquqi əsasları (h.ü.e.d., dosent A.Rüstəmzadə, G.Qasımova, K.Məmmədova), “ Cоблюдение территориальной целостности государства- важнейшая предпосылка обеспечения его суверенитета” (h.ü.f.d., İ.Əliyev), “Правовые основы института вице-президентства в Азербайджане” (h.ü.f.d., N.Hüseynova), “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində ekoloji tarazlığın saxlanılmasında dövlətin vəzifələrinin hüquqi əsasları” (h.ü.f.d., dosent N.Şükürov), “Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin təşəkkülü və inkişafının xüsusiyyətləri” (h.ü.f.d., dosent A.Qədiməliyev) adlı məsələlər araşdırılmış, təhlil edilmiş və tədqiq olunan sahələrin təkmilləşdirilməsi üçün təkliflər irəli sürülmüşdür.

Rəqəmlərdə

  • 187

    Events
  • 10

    Departments
  • 163

    Publications

TƏDBİRLƏRİMİZ