“Erməni nasizmi – terror ideologiyası” rus və ingilis dillərində nəşr olunub

Publication image

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadənin və elmi işçisi, politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovun həmmüəllifi olduğu “Erməni nasizmi – terror ideologiyası” kitabı nəşr olunub.
Rus və ingilis dillərində ərsəyə gələn kitab bəşər tarixində mövcud olmuş, lakin son zamanlara qədər dünya ictimaiyyəti üçün praktiki olaraq tanış olmayan unikal hadisənin – erməni irqçiliyinin dərin köklərinin ifşasına həsr edilib. Qeyd olunub ki, gizli hərəkətverici qüvvə kimi fəaliyyət göstərən irqçi ideologiyası, radikal erməni millətçiliyini bir neçə onilliklər ərzində Cənubi Qafqaz xalqları üçün qanlı fəlakətə çevrilən təcavüzkar nasizm səviyyəsinə gətirib.
Erməni işğalçı ordusunun məğlub olmasına, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə və Vətən müharibəsinin qələbə ilə başa çatmasına baxmayaraq, erməni irqçiliyi və nasizm ideologiyası heç də öz mahiyyətini və məzmununu dəyişməyib. Sözügedən ideologiya həm Ermənistanın özündə, həm də çoxsaylı erməni diasporlarında erməni milli şüurunun əsas hərəkətverici qüvvəsinə çevrilib. Erməni irqçiliyi nəinki müasir dövrün yeganə irqçi ideologiyasıdır, eləcə də erməni mühitində fəal təbliğ olunur və bölgədə sülh və sabitlik üçün həqiqi təhlükə olaraq qalmaqda davam edir.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ