“Dövlət idarəetməsi: nəzəriyyə və praktika” adlı monoqrafiya nəşr olunub

Publication image

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevin “Dövlət idarəetməsi: nəzəriyyə və praktika” adlı monoqrafiyası nəşr olunub.
“Dövlət idarəetməsi: nəzəriyyə və praktika”da idarəetmənin mahiyyəti, məzmunu, mexanizmi, həmçinin insanın həyat fəaliyyətində, dövlətçilik sistemində – dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət qulluğunda onun yeri və rolu sosial, siyasi və hüquqi aspektlərdə təhlil edilir.
İdarəetmə universal fenomen kimi «təbii» qanunlara - hər yerdə və həmişə qüvvədə olan prinsip və qaydalara əsaslanır. Kibernetikanın fundamental anlayışı olmaqla o, eyni prinsiplərlə canlı aləmdə, cəmiyyətdə, texnikada tətbiq olunur, icra hakimiyyəti ilə yanaşı, bütün hakimiyyət qollarında təşkilatlat daxili fəaliyyətdə istifadə olunur.
Monoqrafiya bakalavr, magistrant və doktorantlar üçün dərs vəsaiti kimi, habelə idarəetmə problemləri ilə məşğul olan tədqiqatçılar, dövlət qulluğunda çalışanlar və bu məsələlərlə məşğul olanlar üçün nəzərdə tutulub.

Rəqəmlərdə

  • 342

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ