Ayxan Rüstəmzadə, Könül Məmmədova: Elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsasları (monoqrafiya)

Publication image

İnsanlar məhkəmələrə müraciət edərkən vaxt itkisi ilə, artıq maddi xərclərlə, kargüzarlığın düzgün aparılmaması və.s bu kimi digər problemlərlə qarşılaşırlar.

Mövcud problemlərin həll olunması üçün elektron məhkəmələrin istifadə olunması zəruri olduğundan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 13 fevral 2014-cü il tarixində “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmışdır.

Sərəncam məhkəmə islahatları sahəsində strateji prioritet istiqamətləri müəyyən edərək Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmə sistemində inqilabi təkamülün əsasını qoydu.

Təqdim edilən monoqrafiya Azərbaycan Respublikasında elektron məhkəmənin ədalət mühakiməsi sistemində hüquqi əsaslarının tədqiqinə həsr olunmuşdur.

Rəqəmlərdə

  • 138

    Events
  • 10

    Departments
  • 141

    Publications

TƏDBİRLƏRİMİZ