bizim əməkdaşlar

1. HAYFA UNİVERSİTETİ

2010-cu il dekabrın 24-də İsrailin Hayfa Universitetində BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının Bioetika Kafedrası ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

partner-image

partner-image

2. YUNESKO-NUN BİOETİKA KAFEDRASI

İnstitutun «Bioetika və tibbi hüquq» şöbəsində YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan Bürosunun yaradılması haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən YUNESKO-nun Bioetika kafedrası bu filialın fəaliyyətini koordinasiya edir, Bioetika üzrə təhsili və təbliğatı dəstəkləyir, bu sahədəşöbəni lazım olan tədris materialları ilə təchiz edir, onların Azərbaycan dilinə tərcüməsi üçün icazələri təmin edir, məsləhətlər və tövsiyələr verir. İnsan Hüquqları İnstitutu bu kafedranın fəaliyyətinəşərait yaradır, onun siyasətini həyata keçirməyə köməklik edir, tədris materiallarının tərcümə xərclərini və nəşrini təmin edir, konfrans və treninqlərin təşkilində yaxından iştirak edir və köməklik göstərir.

partner-image

partner-image

partner-image

partner-image

3. MOSKVA DÖVLƏT UNİVERSİTETİ

Moskva Dövlət Universitetinin Bakı filialı ilə: Azərbaycanda bioetikanın inkişafı və təbliğatı sahəsində qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. MDU öz tərəfindən universitetdə Bioetika fənninin tədrisini təşkil etməyi, tədris proqramlarına Bioetika kursunu daxil etməyi və müvafiq kafedranın yaradılmasını, Bioetikaya aid dərsliklərin və dərs vəsaitlərinin yazılmasını, bu sahədə kadr hazırlığını həyata keçirməyi öhdəlik kimi götürmüşdür. İHİ isəöz növbəsində«Bioetika üzrə tədris proqramları»nın hazırlanmasını, mütəxəssislərlə təminatı həyata keçirməyi, universitetin müəllimlərinin, tələbələrinin bioetika üzrə təşkil edilən seminar, konfrans və simpoziumlarda iştirakını təmin etməyi təklif etmişdir.

partner-image

partner-image

partner-image

4. ÇİN MÜASİR BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTU

İnsan Hüquqları İnstitutu Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Akademiyası və Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu ilə əməkdaşlıq müqavilələri imzalamışdır (müqavilələr E-F). Qeyd edilməlidir ki, AMEA-nın Prezidenti, akademik Mahmud Kərimovun qonaqları Çin Xalq Respublikasının beynəlxalq münasibətlət sahəsində ən möhtərəm analitik elmi qurum hesab olunan Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının rəhbərliyi, 2011-ci il may ayında Bakıda səfərdə olub. Qonaqlar AMEA-nın Rəyasət Heyətində, İnsan Hüquqları İnstitutunda, Fəlsəfə və Hüquq İnstitutunda, Tarix İnstitutunda, Şərqşünaslıq İnstitutunda, MM-in İqtisadi Siyasət və Beynəlxalq Əlaqələr Komitələrində, YAP-ın qərargahında görüşlər keçiriblər. Bundan sonra İnsan Hüquqları İnstitutunun Elmi Şurasında Akademiyanın vitse-prezidenti prof. Dji Şiye təşəbbüslə çıxış edərək İnsan Hüquqları İnstitutunun onlar tərəfindən seçildiyini və Qafqazda yeganə tərəfdaş qismində onlarla müqavilə bağlanmasını bizə təklif etmişlər. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun rəhbəriyi Çin Xalq Respublikasına səfər etmiş və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə əməkdaşlıq müqaviləsini imzalamışlar. Müqaviləyə əsasən birgə konfransların keçirilməsi, hər iki qurumun əməkdaşlarının məqalələrinin həmin ölkələrin elmi jurnallarında çap olunması və təcrübə mübadiləsi keçirilməsi nəzərdə tutulmuşdur. Artıq İnstitutumuz “Dirçəliş” jurnalını və ingilis dilində olan bir neçə vacib nəşrləri Çin Akademiyasına təqdim edib, və müqabilində Akademiyanın “Contemporary İnternational Relations” Jurnalının son 2 ildə nəşr olunmuş nömrələrini alıb öyrənməkdədir.

partner-image

partner-image

partner-image

partner-image

5. ÇİN SOSİAL ELMLƏR AKADEMİYASININ HÜQUQ İNSTİTUTU

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə İnsan Hüquqları İnstitutunun Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu ilə də elmi əməkdaşlıq haqda müqaviləsi imzalanmışdır.

partner-image

partner-image

partner-image

partner-image

6. YUNESKO

İnsan Hüquqları İnstitutunun təşəbbüsü və vasitəsi ilə 07 sentyabr 2011-ci ildə BDU-nun rektoru, akad. Abel Məhərrəmov və YUNESKO-nun Baş direktor müavini, xanım Pilar Alvares-Laso bu sahədə əməkdaşlıq memorandumu imzalamışlar, və bu əməkdaşlıq üzrə koordinator kimi YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, AMEA-İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, prof. Vüqar Məmmədov təyin edilmişdir. 14 dekabr 2011-ci il tarixdə isə bu müqavilənin BDU-nun elmi şurasinda rəsmi təqdimatı keçirilmişdir.

partner-image

partner-image

partner-image

partner-image

partner-image

partner-image

partner-image

partner-image

7. BAKI DÖVLƏT UNİVERSİTETİ

13 iyul 2011-ci ildə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasında tibb elmləri doktoru, prof.V. Məmmədov «Bioetika vəİnsan Hüquqları: yeni etik çağırışlar» mövzusunda çıxış etmişdir və bu təqdimatların nəticəsi olaraq YUNESKO- İHİ-BDU arasında əməkdaşlıq müqavilələri bağlanmış və BDU-nun «Hüquq fakültəsi»ndə «Bioetika və Tibbi hüquq» fənninin tədrisinin başlanmasına əsas qoyulmuşdur.

partner-image

partner-image

partner-image

partner-image

8. "HÜQUQ VƏ HƏYAT" JURNALI 

Müqavilə Moldova Respublikasının “Qanun və Həyat” jurnalının redaksiyası ilə imzalanaraq İHİ həmin jurnalın təsisçilərindən biri olur və jurnalın hər nömrəsində Azərbaycan alimlərinin materiallarını orada yerləşdirir

partner-image

partner-image

9. AZƏRBAYCAN HÜQUQŞÜNASLAR KONFEDERASİYASI

13iyul 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası arasında Azərbaycan Hüquq Konsorsiumu layihəsi istiqamətində əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.

partner-image

partner-image

10. RUSİYA FEDERASİYASI MİLLİ SƏHİYYƏ HÜQUQU İNSTİTUTU

15 oktyabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə Rusiya Ferderasiyası Milli Tibbi Hüquq İnstututu arasında Azərbaycanda və Rusiyada bioetika və tibbi hüququn inkişafı, tədrisi və təbliği istiqamətində birgə əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Tərəflər öz üzərlərinə bioetika sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək, elmi məlumat mübadiləsi təşkil etmək, təcrübə əldə etmək məqsədilə əməkdaşların qarşılıqlı mübadiləsini təmin etmək və digər öhdəliklər götürürlər. Müqavilə 2017-ci il dekabrın 31-nə qədər qüvvədədir.

partner-image

partner-image

partner-image

11. AVRASİYA TƏDQİQATLARI MƏRKƏZİ, TÜRKİYƏ

Bu problem üzrə konfranslardan başqa bir sıra xarici qurumlarla görüşlər keçirilmişdir, o cümlədən, Bakida NATO-nun rəsmiləri ilə, bir sıra xarici ölkələrin səfirləri ilə (Almaniya, İşveç, Rumıniya və s.), və Türkiyənin aparıcı elmi-tədqiqat qurumları ilə, hansılar ki, erməni terrorizmi və beynəlxalq terrorizmi əsas elmi istiqamət kimi araşdırır. Bunlar, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Uluslararası Stratejik Araştırmalar Kurumudur (USAK). Bunun nəticəsi olaraq, Erməni araşdırmaları haqda İnstitutumuz bir çox nəşrlər əldə etmişdir.

partner-image

partner-image

partner-image

partner-image

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ