2005-ci ildə insan hüquqları üzrə Beynəlxalq Elmi Şura (BEŞ) yaradılmışdır. Bu sahədə görkəmli alimlər, eləcə də məşhur praktik hüquq müdafiəçiləri onun daimi üzvü olmuşlar.
Şura üzvləri: Səfir Jerar Ştudman (Cenevrə Siyasi Təhlükəsizlik Mərkəzi, İsveçrə); professor İneta Ziyemele (Lund Universiteti, İsveç); professor Ben Sorensen (BMT-nin İşgəncələrə qarşı Komitəsinin keçmiş məruzəçisi); deputat, hüquq professoru Barnabas Lenkoviç (Budapeşt Universiteti, Macarıstan); professor Florentin Skaletski (İnsan hüquqlarının müdafiəsi təşkilatı, Rumıniya); İrina Xakamada («Naş vıbor» Demokrat Partiyası, Rusiya); professor Yavuz Atar (Səlcuq Universiteti, Türkiyə).
Nizamnaməyə uyğun olaraq, Şura iki bölmədən ibarətdir: Elmi Şura və Ekspert Komissiyası.
BEŞ-in daimi fəaliyyətdə olan mexanizmi Ekspert Komissiyasıdır. O, regiondakı vəziyyəti müşahidə edən, tövsiyə layihələri hazırlayan, BEŞ üzvlərinə daha aktual mövzularda məruzələr təklif edən işçi orqandır. İşlənmiş mövzular üzrə layihələr qərar qəbul edilməsi məqsədilə BEŞ-in iclaslarına çıxarılır.
Baxılmış mövzular: