— İnsan hüquqlarına dair “Hüquq milleniumu” televiziya verilişlərinin layihəsi işlənib hazırlanmışdır. Bu layihə ATƏT DTİHB-nin yardımı sahəsində tok-şou şəklində müstəqil “Space” teleşirkətində həyata keçirilmişdir. Efirdə aşağıdakı mövzuda verilişlər getmişdir:
- “Bizim nə kimi hüquqlarımız var?”
- “İnsan hüquqları və gender”
- “Qeyri-hökumət təşkilatları və insan hüquqları”
- “Hüquq-mühafizə orqanları və insan hüquqları”
- “Qaçqınlar və məcburi köçkünlərin hüquqları”
- “Uşaq hüquqları”
- “Sosial və iqtisadi hüquqlar”
- “Dini və mədəni hüquqlar"
- “Ekoloji hüquqlar”
- “Fikir və söz azadlığı”
- “Əlillərin hüquqları”
- “Azərbaycan cəmiyyətində tolerantlıq məsələləri”.
—“Space” telekanalında Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu tərəfindən İHİ-yə təqdim olunmuş “Avropa Şurası və insan hüquqlarına dair Avropa Məhkəməsi” adlı sənədli film nümayiş etdirilmişdir.
— 14-25 aprel 2001-ci ildə ABA müstəqil televiziya kanalında hər gün “Beynəlxalq erməni terrorizmi bəşəriyyətə təhlükədir” mövzusunda Azərbaycan, ingilis və rus dillərində siyasi videorolik nümayiş etdirilmişdir.
— 12-28 dekabr 2001-ci ildə “Space” telekanalında «Hüquq milleniumu» silsiləsindən Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu ilə birgə layihə olan “Ombudsman: o kimdir?” mövzusunda 6 verilişin efirə yayımlanması həyata keçirilmişdir.
- aprel2010-cuildə “İctimai” telekanalda “Sağlam ol” verilişində “Geni dəyişdirilmiş məhsullar və qida təhlükəsizliyi” mövzusunda veriliş efirə getmişdir.
- 2011-ci ilin mayından AzTv dövlət kanalında YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu ilə birgə ayda 2 dəfə «Bioetika» elmi-maarifçilik verilişi təşkil edilmişdir. Efirə aşağıdakı mövzularda verilişlər getmişdir:
- Bioetika nədir;
- YUNESKO-nun Bioetika üzrə Beynəlxalq Komitəsinin XVIII sessiyası;
- genetik modifikasiya olunmuş məhsullar və təhlükəsizlik məsələləri;
- pasiyentlərin hüquqları;
- psixiatriyada etik və hüquqi məsələlər;
- Azərbaycanda reproduktiv təbabət problemləri;
- ağır xəstələr;
- həkim səhvləri – beynəlxalq təcrübə;
- ekoloji sivilizasiya.