i. simpoziumlar, konfranslar, seminarlar:

1999-cu il (noyabr — dekabr)

– Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə birlikdə Azərbaycan Respublikasında əhalinin qeydiyyatı məsələlərinə həsr edilmiş simpozium keçirilmişdir. Tədbirin məqsədi sərbəst yaşayış yeri seçməyə münasibətdə beynəlxalq normalara müvafiq qeydiyyat sisteminin yaradılması, həmin problemlə bağlı rəsmi şəxsləri yeni qanunların işlənib hazırlanması və tətbiqi üsulları ilə tanış etmək və bu qanunlar barədə ictimaiyyəti məlumatlandırmağa kömək etmək idi;

– İnstitutu Azərbaycanda İnsan Hüquqları İnstitutunun yaradılmasına həsr edilmiş seminarın təşkilatçılarından biri olmuşdur. Bu seminar Azərbaycan Prezidentinin İcra Aparatı, Ədliyyə Nazirliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğunun əməkdaşlığı ilə keçirilmişdir. Seminarın təşkilində məqsəd insan hüquqlarına dair milli təsisatlara olan tələblər ətrafında fikir mübadiləsi aparmaq, habelə insan hüquqları və əsas azadlıqlarının həyata keçirilməsinə səbəb olan səmərəli və müstəqil milli təsisatın yaradılması idi;

– Bakının Nizami rayonunda “Bələdiyyə seçkiləri: nəzəri və təcrübi məsələlər” mövzusunda seminar təşkil olunmuşdur. Bu layihənin məqsədi rayon səviyyəsində bələdiyyə seçkiləri təşkilatçılarını maarifləndirmək və ərazi seçki məntəqələri üzvlərinin səlahiyyətləri, rolu və hüquqlarını izah etməkdən ibarət olmuşdur;

– Bakının Qaradağ rayonunda “İstanbul sammitinin yekunları və perspektivlər” mövzusunda elmi-təcrübi konfrans keçirilmişdir.

2000-ci il

– Bakıda “İnsan hüquqları üzrə Avropa Konvensiyası: yeni demokratik təfəkkürün vasitə və yolları” mövzusunda seminar keçirilmişdir. Seminar Avropa Şurası İnsan Hüquqları Baş Direktorluğunun yaxından əməkdaşlığı və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə İnsan Hüquqları İnstitutu tərəfindən təşkil edilmişdir;

– Bakıda Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə “Azərbaycan Avropa məkanında: ombudsman təsisatı” mövzusunda konfrans keçirilmişdir;

– Bakıda Avropa Şurasının “Polis və insan hüquqları” proqramı çərçivəsində Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu ilə birlikdə “Polis əməkdaşlarının etik davranış normaları” mövzusunda seminar keçirilmişdir. Seminar polis işçiləri üçün təşkil olunmuşdur;

– Bakıda Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu ilə birlikdə “Azərbaycanda ombudsman təsisatı” mövzusunda seminar keçirilmişdir. Seminarda ombudsman təsisatının yaradılması və təşkili ilə əlaqədar İnsan Hüquqları İnstitutunda işlənib hazırlanmış layihənin əsas müddəaları müzakirə edilmişdir.

2001-ci il

– Bakıda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Avropa Şurası İnsan Hüquqları Baş Direktorluğu ilə birlikdə ciddi rejimli 11 saylı islah-əmək müəssisəsində “İşgəncəsiz cəmiyyət uğrunda: İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələbləri” mövzusunda ikigünlük seminar keçirilmişdir. Seminarın işində Avropa Şurasının ekspertləri, ATƏT-in Bakı ofisinin rəhbəri və əməkdaşları, Avropa Şurasının Hüquq komitəsinin və seminarın keçirilməsi günlərində Bakıda olan BMT-nin nümayəndələri, Azərbaycanın hüquq-müdafiə QHT-lərinin, habelə, dövlət və müstəqil KİV-lərin nümayəndələri iştirak edirdilər. Seminarın birinci günü məhbuslar üçün, ikinci günü isə penitensiar müəssisələrin administrativ təmsilçiləri üçün keçirilmişdir;

– Azərbaycan Respublikası Milli Məclisi və BMT İnkişaf Proqramı ilə birlikdə “Azərbaycan Respublikasında Ombudsman təsisatı” mövzusunda seminar keçirilmişdir;

– Bakıda ATƏT-in ofisi ilə birlikdə Beynəlxalq işgəncələrə qarşı mübarizə günü ilə əlaqədar rəsmi bəyanat qəbul olunmuş və yayılmışdır;

– Bakıda Avropa Şurası İnsan Hüquqları Baş Direktorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə "Prokurorluq orqanlarının fəaliyyətində İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi" mövzusunda ikigünlük seminar keçirilmişdir;

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birgə "Azərbaycan beynəlxalq terrorizmlə mübarizə sistemində" adlı elmi-praktik konfrans keçirilmişdir. Konfrans zamanı İnstitut tərəfindən «Terrorizm Ermənistan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi» proqramı çərçivəsində «Erməni terrorizmi və mülki aviasiya» mövzusunda faktlar təqdim edilmişdir;

– Amerika Hüquqşünaslar Assosiasiyası və Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə birgə «Psixi anomaliyalı şəxslərin müdafiəsi və ibtidai istintaqın təkmilləşdirilməsi problemləri» mövzusunda konfrans keçirilmişdir;

– ATƏT DTİHB və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birlikdə 2 saylı islah-əmək müəssisəsində “İşgəncəsiz cəmiyyət uğrunda» mövzusunda seminar keçirilmişdir. Seminarın işində ATƏT DTİHB-nin direktoru, səfir Jerar Ştudman, DTİHB-nin ekspertləri, ATƏT-in Bakıdakı ofisinin rəhbəri və əməkdaşları, Azərbaycan hüquq müdafiə QHT-lərin təmsilçiləri, həmçinin dövlət və müstəqil KİV nümayəndələri iştirak edirdilər. Seminar məhbuslar və penitensiar müəssəsələrin inzibati nümayəndələri üçün keçirilmişdir;

– Azərbaycan Respublikası Vergilər Nazirliyi və ATƏT-in Bakı ofisi ilə birlikdə “Vergi islahatları: vətəndaş cəmiyyətinin təşəkkülü yolunda» mövzusunda konfrans keçirilmişdir.

2002-ci il

– İnstitutda tanınmamış «Şimali Kipr Türk Cümhuriyyəti»nin (ŞKTC) Azərbaycandakı nümayəndəsi Mustafa Evranla görüş keçirilmişdir;

– Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birlikdə 4 saylı qadın islah-əmək müəssisəsində “İşgəncəsiz cəmiyyət uğrunda» layihəsi çərçivəsində məhbusların hüquqlarının təmin olunmasına həsr olunmuş seminar keçirilmişdir;

– Quba rayonunda İnstitutun Avropa Şurası ilə birgə «İşgəncələrə qarşı beynəlxalq mübarizə günü»nə həsr edilmiş seminar keçirilmişdir.

2003-cü il

– NATO ilə birgə «Beynəlxalq terrorizm insan hüquqlarına təhlükədir» mövzusunda beynəlxalq konfrans keçirilmişdir;

– Qafqaz Universiteti və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş, vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə «Beynəlxalq erməni terrorizmi insan hüquqlarına təhdiddir» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın işində Azərbaycan Respublikasının alimləri ilə yanaşı, Türkiyənin tanınmış alimləri də iştirak etmişlər;

– «İnsan hüquqları, hüququn aliliyi və polis» mövzusunda ikigünlük seminar keçirilmişdir. Seminar İnstitutun Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində təşkil edilmişdir;

– İnstitutun və Azərbaycanda Atatürk Mərkəzinin təşəbbüsü ilə «Azərbaycan dövlətçiliyi: davamlı inkişaf» daimi fəaliyyət göstərən elmi konfransın ilk iclası keçirilmişdir;

– «Mir Mövsümzadə Ağa Seyid Əli. Şəxsiyyətin fenomeni» mövzusunda elmi konfrans keçirilmişdir.

2004-cü il

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə «Azərbaycanda insan hüquqları və həmkarlar ittifaqları hərəkatı» mövzusunda konfrans keçirilmişdir;

– Bakı Dirçəliş İttifaqı ilə birgə Bakı Metropolitenində törədilmiş terror aksiyasının 10 illiyilə bağlı «Anma günü» keçirilmişdir;

– Sovet rejimi tərəfindən Krım tatarlarının deportasiyasının 60 illiyinə həsr olunmuş «Dəyirmi masa» keçirilmişdir;

– «İnanc yerlərinin toxunulmazlıq hüququ» mövzusunda «Dəyirmi masa» keçirilmişdir;

– Azəbaycanda «NATO həftəsi» çərçivəsində «Avro-Atlantika təhlükəsizliyinə olan təhdidlərə mümkün elmi cavablar» mövzusunda seminar keçirilmişdir;

– «Azərbaycan ictimaiyyətinin işğalçı Ermənistan ordusunun zabitlərinin NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı cərçivəsində ölkəmizdə keçiriləcək hərbi təlimlərdə iştirakına «yox» deyirlər» mövzusunda «Dəyirmi masa» keçirilmişdir.

2005-ci il

– İnstitut Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə 20 Yanvar faciəsinin 15-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirmişdir. Tədbirdə dinc əhaliyə qarşı bu cinayətin hüquqi xüsusiyyətlərini əks etdirən birgə Bəyanat qəbul edilmişdir;

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan xalqının ən böyük faciələrindən biri olan 26 fevral 1992-ci ildə Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırıma həsr olunmuş tədbir keçirilmişdir. İclasda Xocalı soyqırımına hüquqi qiymət verən müraciət qəbul olunmuşdur;

– İnstitutun Elmi Şurasının geniş iclası keçirilmişdir. Həmin iclas Beynəlxalq Elmi Şuranın təqdimatına həsr olunmuşdur. Tədbir mətbuat nümayəndələrinin, hüquq müdafiəçilərinin və ictimai xadimlərin iştirakı ilə keçirilmişdir;

– İHİ-nin əməkdaşı Araz Qurbanovun rus dilində “Erməni “mütəfəkkirlərinin» nağılları» kitabının təqdimat mərasimi keçirilmişdir. Kitab erməni tarixçilərinin yalan tədqiqatlarına olan bir cavabdır. Təqdimat mərasimində mətbuat nümayəndələri və ictimai xadimlər iştirak etmişlər;

– Tanınmış Rusiya siyasətçisi, Rusiya Demokratlar Partiyasının sədri İrina Xakamada ilə görüş keçirilmişdir. Görüşdə son illər baş vermiş siyasi hadisələr, Azərbaycan və Rusiya münasibətləri müzakirə edilmişdir. Diskussiyalar və fikir mübadiləsi aparılmışdır;

– «İrəvan – biabırçı kompromislərin başlanğıcı» mövzusunda elmi konfrans keçirilmişdir. Konfrans Azərbaycan tərəfindən Ermənistana qədim Azərbaycan şəhəri İrəvanın verilməsinə həsr olunmuşdur. Həmin hadisə 1918-ci ildə baş vermişdir. Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilmişdir. Azərbaycan şəhəri Yerevanın Ermənistana verilməsinə hüquqi qiymət verilmişdir. Konfransın nəticələri əsasında həmin məsələnin respublika ictimaiyyəti arasında geniş müzakirəsi haqqında qərar qəbul olunmuşdur. Konfransda mətbuat nümayəndələri, alimlər və ictimai xadimlər iştirak etmişlər;

– Tanınmış Avstriya tarixçi-alimi Erix Fayql ilə görüş keçirilmişdir. Tədbirdə Erix Fayqlın böyük məruzəsi dinlənilmişdir. Erix Fayql öz məruzəsində üzdəniraq erməni alimlərini ifşa etmişdir. Görüşdə iştirak edən qonaqlar slaydlarla da tanış olmuşlar. Görüşdə mətbuat nümayəndələri, alimlər və ictimai xadimlər iştirak etmişlər.

2006-cı il

– Xocalı soyqırımında həlak olanların xatirəsinə və qaçqınların problemlərinə həsr olunmuş konfrans keçirilmişdir;

– 1918-1919-cu illərdə Azərbaycan ərazisində erməni quldur birləşmələri tərəfindən dağ yəhudilərinin soyqırımına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir;

– İnstitut və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzi, Azərbaycan Respublikasının Diaspor üzrə Dövlət Komitəsi ilə birgə "Rusiya və Azərbaycan münasibətlərində diasporun rolu" mövzusunda konfrans olmuşdur;

– Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və Türkiyənin alim və ictimai xadimlərinin iştirakı ilə "Separatizm və separatizmsiz Qafqaz" mövzusunda konfrans. Cənubi Qafqaz elmi mühitində ilk dəfə olaraq erməni separatizmi bölgədəki sülh və sabitliyə əsas təhlükə kimi müzakirə edilmişdir;

– Azərbaycan və Gürcüstan alimlərinin iştirakı ilə "Azərbaycan və Gürcüstan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında Heydər Əliyevin rolu" mövzusunda konfrans təşkil edilmişdir.

2007-ci il

– Xocalı soyqırımında həlak olanların xatirəsinə və qaçqınların problemlərinə həsr olunmuş konfrans keçirilmişdir;

– İHİ Ekspert Şurası üzvlərinin, Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin müdir müavininin, monitorinq üzrə komitənin üzvü Eduard Lüterin və Avropa Şurası üzrə ekspert, ADR-in keçmiş baş naziri Verner Münxün iştirakı ilə "Beynəlxalq terrorizm insan hüquqlarına təhlükə qismində" mövzusunda beynəlxalq konfrans keçirilmişdir;

– İHİ Ekspert Şurası üzvlərinin, eyni zamanda qaçqın və məcburi köçkünlərin problemləri üzrə QHT-lərin iştirakı ilə "Regionun demokratikləşməsi və insan hüquqlarının təmin edilməsi – bölgənin təhlükəsizlik amili kimi" mövzusunda konfrans olmuşdur;

– İHİ və "Azərbaycan-İsrail" Cəmiyyətinin birgə keçirdiyi, Azərbaycan, Gürcüstan və İsraildən olan məşhur alimlərin, siyasətçilərin və diplomatların iştirakı ilə "Azərbaycan, Gürcüstan və yəhudi xalqlarının qardaşlıq münasibətləri kontekstində Cənubi Qafqazda tolerantlıq məsələləri" mövzusunda beynəlxalq elmi konfrans təşkil edilmişdir;

– Azərbaycan və Gürcüstanın məşhur alimlərinin iştirakı ilə "Hərbi münaqişə bölgələrində geosiyasi mərkəzlər və beynəlxalq institutlar tərəfindən siyasi strategiyaların proqnozlaşdırılması məsələləri" mövzusunda konfrans keçirilmişdir;

– Azərbaycanlı alimlərinin və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının professoru V.Liszunun başçılığı altında Çindən olan nümayəndə heyətinin iştirakı ilə "Beynəlxalq terrorizmlə mübarizədə beynəlxalq təşkilatların və koalisiyaların rolu" mövzusunda konfrans keçirilmişdir.

2008-ci il

– Xocalı soyqırımında həlak olanların xatirəsinə və qaçqınların problemlərinə həsr olunmuş konfrans təşkil edilmişdir;

– İHİ Ekspert Şurası üzvlərinin və eyni zamanda Gürcüstan və Azərbaycanın ictimai və siyasi xadimlərinin iştirakı ilə "Azərbaycanın neft strategiyası və Cənubi Qafqazda demokratik zonaların genişlənməsi" mövzusunda elmi konfrans keçirilmişdir;

– Azərbaycan Respublikası Prezidenti seçkilərində xaricdə yaşayan vətəndaşların iştirakı ilə bağlı İHİ Beynəlxalq Elmi Şurası Ekspert Komissiyasının iclası keçirilmişdir;

– Miqrasiya, Azərbaycanda miqrasiya prosesləri və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı Ekspert Komissiyasının iclası keçirilmişdir;

– Əlil və məhdud fiziki imkanlara malik şəxslərin prezident seçkilərində iştirakı ilə bağlı Ekspert Komissiyasının iclası keçirilmişdir;

– İnsan Hüquqları İnstitutu, Diaspor üzrə Dövlət Komitəsi və Türkiyənin TRT kanalı ilə birgə Azərbaycan xalqının intellektual mülkiyyətinin müəllif hüquqlarının müdafiəsi məqsədilə "Sarı gəlin" diskinin təqdimatı keçirilmişdir;

– Əsir və ikin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə "Ermənilik: mif və reallıq" mövzüsunda elmi konfrans keçirilmişdir;

– Azərbaycan, Gürcüstan və Rusiyanın məşhur alimlərinin iştirakı ilə "Milli dövlətçilik: özünü və dünyanı dərk etmə" mövzusunda simpozium keçirilmişdir;

– Azərbaycan, Rusiya və Türkiyənin ictimai xadim və alimlərinin iştirakı ilə "Qloballaşmanın çağırışları: beynəlxalq enerji təhlükəsizliyi və demokratikləşmə prosesləri" mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir;

– Azərbaycan, Gürcüstan və Rusiya alimlərinin iştirakı ilə Xəzər regionu və Cənubi Qafqaz ölkələrindəki problemlərin sülh yolu ilə həllinə həsr olunmuş "Sivilizasiyalararası dialoqun mümkün formalarının müəyyənləşdirilməsi" mövzusunda konfrans keçirilmişdir.

2009-cu il

– İHİ-nin əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə"Ermənilik: mif və reallıq" mövzusunda elmi konfransı keçirilmişdir;

– MM nümayəndələrinin, hökumət qurumlarının, respublikanın elmi və ictimai xadimlərinin iştirakı ilə "Heydər Əliyev: şəxsiyyət fenomeni" adlı elmi konfrans keçirilmişdir;

– “Milli təhlükəsizlik və dini etiqad azadlığı” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir;

– “Sakitlik hüququ” adlı elmi-praktiki konfrans keçirilmişdir;

– “İkili standartlar, qaçqın və məcburi köçkünlərin hüquqları beynəlxalq təşkilatlarda” mövzusunda dəyirmi masa keçirilmişdir;

– “Musa Nağıyev – 160 – şəxsiyyət fenomeni” konfransı keçirilmişdir;

– “Taynı istorii falğsifikaüii” kitabının təqdimatı keçirilmişdir.

2010-cu il

– “Milli təhlükəsizlik və dini etiqad azadlığı” mövzusunda elmi-praktki konfrans keçirilmişdir;

– YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosu ilə birgə “Yeyinti məhsulları haqqında” 1999-cu il tarixli qanunun müzakirəsi keçirilmişdir;

– Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə “Qaçqınların, vətəndaşlığı olmayan şəxslərin və sığınacaq axtaran şəxslərin hüquqi problemləri” mövzusunda “dəyirmi masa”keçirilmişdir;

– YUNESKO-nun Azərbaycanda Milli komissiyası ilə birgə və YUNESKO-nun Bioetika Kafedrası rəhbərliyinin iştirakı ilə “YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

2011-ci il

– YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu və Açıq Cəmiyyət İnstitutu ilə “Azərbaycanda palliativ yardım proqramı və bioetikanın əsas prinsipləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə amerikalı ekspertlər, parlamentin deputatları, AMEA-nın rəhbərliyi və aparıcı mili mütəxəssislər iştirak etmişlər;

– YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu ilə birlikdə «Bioetika: sənədlər… terminlər…» kitabının təqdimat mərasimi keçirilmişdir;

– «1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində» mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti yanında Dövlət Arxivinin rəhbərliyi, Nazirlər Kabinetinin təmsilçiləri, Milli Məclisin deputatları və alimlər iştirak etmişlər;

– «Müasir inkişaf» İctimai Birliyi, Azərbaycan Qadın Jurnatistləri Assosiasiyası, Gürcüstan gənclərinin müdafiəsi və maariflənməsi dərnəyinin təsisçiləri ilə birlikdə, «Trend» Agentliyinin informasiya dəstəyi ilə «Qafqaz evi və ermənilər» mövzusunda konfrans keçirilmişdir;

ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və ADR-in yaradılmasının 93-cü ildönümünə həsr olunmuş «Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev şəxsiyyətinin və ADR-in rolu» mövzusunda elmi-praktik konfrans keçirilmişdir;

– Çin Xalq Respublikasının Müasir Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini Di Çi-E, MDB ölkələri ilə iş üzrə şöbənin elmi əməkdaşları Van Çu və Şan Uedən ibarət nümayəndə heyəti ilə görüş keçirilmişdir;

– YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyası keçirilmişdir. Tədbirin təşkilində İnstitut fəal iştirak etmişdir. Sessiya çərçivəsində YUNESKO rəhbərliyinin və İnsan Hüquqları İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik M.Kərimov və təhsil naziri, professor M. Mərdanovla görüşü təşkil edilmişdir;

– YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyası gedişində İnstitutda «Bioetikanın öyrənilməsinin metod və metodologiyaları» mövzusunda seminar keçirilmişdir;

– Milli Məclisin, müvafiq nazirlik və komitələrin, beynəlxalq təşkilatların nümayəndələrinin, alimlərin və KİV təmsilçilərinin iştirakı ilə «Din və ictimai təhlükəsizliyin aktual problemləri» mövzusunda elmi-praktik konfrans keçirilmişdir;

– Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş «İnsanın sağlamlıq hüququ: səhiyyənin hüquqi və etik məsələləri» mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirdə Ümumdünya Tibbi Hüquq Assosiasiyasının üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin qlobal ictimai səhiyyə fakültəsinin «Səhiyyə sistemləri və onların idarə olunması» kafedrasının professoru Din Xarris, Milli Məclisin deputatları, AMEA-nın, Səhiyyə Nazirliyinin, ali məktəblərin nümayəndələri, hüquq, təbabət sahələrinin mütəxəssisləri və KİV təmsilçiləri iştirak edirdilər;

– ATƏT-in DTİHB və Bakı ofisi ilə birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans və seminar keçirilmişdir.

Используйте лучшие ресурсы HTML, CSS, JavaScript, чтобы получить идеальный код в ваших веб-проектах.

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ