E.Əlilinin akkad leksikasında türkizmlər, akkad və türk dilləri arasında əlaqələrə dair məqaləsi

Türk ifadələri erkən Babil (e.ə. XXV-XXI əsrlər) dövründən başlayaraq, akkad dili mətnlərində aşkarlanır.

2016-cı il yanvarın 14-də AMEA Hüquq və İnsan Haqları İnstitutunda elmi işçi Elşad Əlilinin “Qədim akkad və türk dilləri arasında əlaqə. Akkad leksikasında türk dili izləri” mövzusunda araşdırmalarına həsr olunmuş elmi-praktik seminar keçirilmişdir. Müəllifin çoxillik tədqiqatının nəticəsi olan bu əsər ingilis, türk və rus dillərində dərc olunmuşdur. Akkad dilində türk sözləri indiyə qədər araşdırılmamışdır. Bu ifadələrin bəziləri bu günə qədər də yalnız Azərbaycan dilində işlədilir. Bu isə sübut edir ki, 5000 il əvvəl türk dili daşıyıcıları Mesopotamiyada, Anadoluda və Azərbaycanda yaşamışlar. Bu tədqiqat türk tayfalarının bu əraziyə guya XI-XII əsrlərdə gəlməsini “sübut edən” yalançı erməni alimlərini və həmçinin Azərbaycan tarixini saxtalaşdıran nəzəriyyələri ifşa edir.

Rəqəmlərdə

  • 257

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ