AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın "Zəfər paradı Qələbəmizin rəmzidir" başlıqlı elmi-publisistik məqaləsi sonxeber.az saytında yayımlanıb. Məqalədə qeyd olunub ki, 10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın məğlubiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.