İnsan hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli sənəd

Aprelin 18-də DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçıları Polis Akademiyası və AMEA-nın İnsan Hüquqları İnstitutu idi.

«azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda konfrans

2011-ci il noyabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və təşkilatın Bakı ofisi ilə birgə «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medal və sertifikatin təqdimolunma mərasimi

09 fevral 2017-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R.Mustafayev” adına medal və sertifikatın tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsova təqdim olunma mərasimi keçirilmişdir.

Xəbərlər

Nəşrlər

Müsahibələr