Azərbaycan və yunesko 20 il: davamlı inkişaf naminə təhsil» adlı tədbir keçirəcək

AMEA-nın İnsan Hüquqları İnstitutu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdimq olunmuş insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli fəaliyyt Proqramının 4.3 bəndi ilə əlaqədar fəaliyyət planının icrasını əsas tutaraq, 4 iyun 2012-ci il tarixdə Hilton otelində «Azərbaycan və YUNESKO 20 il: davamlı inkişaf naminə təhsil» adlı tədbir keçirəcək.

Ermənistan-azərbaycan dağlıq qarabaq münaqişəsi: dəymiş iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi praktik konfrans keçirəcək.

AMEA-nın İnsan Hüquqları İnstitutu və Sosial Rifah Partiyası Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında» 27 dekabr 2011-ci il tarixli 1938 saylı sərəncamının 2.1. «Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köskün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya istimayyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi» maddəsini əsas tutaraq AMEA-nın İnsan Hüquqları İnstitutunda 31 may 2012-ci il tarixdə «Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsi: Dəymiş iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi, gələcək nəsillərə qayğı» mövzusunda elmi praktik konfrans keçirəcək.

Əlilliyi olan şəxslərin hüquqi statusu: mövcud problemlər və qarşıda duran vəzifələr

Ölkəmizdə insanların konstitusiya ilə təmin olunan hüquq və azadlıqlarının qorunması dövlətin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (xix-xxi əsrlər)

Mayın 11-də Badamdar qəsəbəsindəki «Kempinski-Badamdar» otelində «Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)» müxtəsər xronoloji ensiklopediyanın ingilis variantının təqdimat mərasimi keçirilmişdir. Tədbirin təşkilatçıları AMEA İnsan Hüquqları İnstitutu və Siyasi Maarifləndirmə İctimai Birliyidir. Mərasim Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuşdur.

İnsan hüquqlarının müdafiəsi sahəsində əhəmiyyətli sənəd

Aprelin 18-də DİN-in Polis Akademiyasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın IV fəslinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilmişdir. Tədbirin təşkilatçıları Polis Akademiyası və AMEA-nın İnsan Hüquqları İnstitutu idi.

«azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda konfrans

2011-ci il noyabrın 16-17-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və təşkilatın Bakı ofisi ilə birgə «Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması» mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Oleq Kuznetsova “Prof. R.Mstafayev” adina medal və sertİfİkatin təqdİm olunma mərasimi

09 fevral 2017-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Prof. Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. R.Mustafayev” adına medal və sertifikatın tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsova təqdim olunma mərasimi keçirilmişdir.

Nəşrlər

Müsahibələr