Amea insan hüquqları üzrə elmi tədqiqat İnstitutu 2013-cü ilə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 23/3 №-li 20 noyabr 2013-cü il tarixli qərarına əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və ya dissertanturaya (ali təhsili olan ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Məişət zorakılığının qarşısı alınmalıdır

13 noyabr 2013-cü ildə AMEA-nın İnsan Hüquqları İnstitutunda “Məişət zorakılığının qarşısının alınması haqqında Milli Fəaliyyət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNFPA-nın, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə keçikrilən tədbirdə məişət zorakılığı ilə mübarizənin səmərəli aparılması istiqamətində qanunvericiliyin dinamik inkişafının təmin olunması məsələləri müzakirə edilmişdir.

Qanunun aliliyi məsələsi və korrupsiya ilə mübarizə

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun 2011-ci ildən tərəfdaşı olan Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının Hüquq İnstitutu 2013-cü il noyabr ayının 9-10-da Pekin şəhərində “Qanunun aliliyi məsələsi və korrupsiya ilə mübarizə” (İssue of rule of law and anti-corruption) mövzusunda Beynəlxalq konfrans keçirəcək.

Soyqırım və terror erməni ideologiyasinin əsas amilləri kimi

“Soyqırım və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda beynəlxalq konfransa çağiriş. Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu Sizləri “Soyqirim və terror erməni idelogiyasinin əsas amilləri kimi” başlığı altında keçiriləcək beynəlxalq konfransda iştirak etməyə dəvət edir.

Amea İnsan hüquqları İnstitutu və rövşən mustafayev adına beynəlxalq fond İnstitutun 15 illik yubileyi münasibətilə müsabiqə elan edir

Müsabiqənin keçirilməsində başlıca məqsəd AMEA İnsan Hüquqları İnstitutunun Azərbaycan Respublikasının hüquqi və demokratik inkişaf yoluna dəstək vermək, insan hüquqları sahəsində uğurlu araşdırmaları və nəticələri ilə fərqlənən gəncləri üzə çıxardıb onlara səmərəli şərait yaratmaqdır.

Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu və Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Sizi DİN VƏ ETİQAD AZADLIĞI: Hüquqi, siyasi və ictimai aspektlər başlığı altında keçiriləcək respublika konfransında iştirak etməyə dəvət edir. Konfrans din və etiqad azadlığı məsələlərinin hüquqi, siyasi və ictimai yönlərini beynəlxalq, regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirmək məqsədi ilə keçirilir.

Nəşrlər

Müsahibələr