«Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası» mövzusu üzrə beynəlxalq seminar

05-06 may 2016-cı il tarixlərində Bakı şəhərindəki “Excelsior” hotelində Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusu üzrə Beynəlxalq Seminar keçiriləcəkdir.

“qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində rusmpİ miqrasiya İnstitutunun direktoru Olqa Gulina “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” möVzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (Agentlik) birgə təşkil etdiyi “Qonaq elmi işçilərin mübadiləsi proqramı” çərçivəsində Berlin şəhərində yerləşən RUSMPİ Miqrasiya İnstitutunun direktoru Olqa Qulina 2016-cı ilin yanvar-mart aylarında “Azərbaycanda miqrasiya sahəsində institusional və hüquqi islahatlar prosesi” (“Institutional and legislative reform process in the field of migration in Azerbaijan”) mövzusunda elmi tədqiqatı yerinə yetirmişdir.

Elmin kİv-də təbliği və elmi jurnalistikanın inkişafı mövzusu müzakirə olundu

15 yanvar2015-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunda “Elmin KİV-də təbliği, elmi jurnalistikanın inkişafı”mövzusundatədbir keçirildi. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi.

Nəşrlər

Müsahibələr