Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Şəlalə Həsənovanın “Müasir Beynəlxalq hüquqda ekoloji insan hüquqları” adlı məqaləsi 27 dekabr tarixində Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövzusunda keçirtdiyi Beynəlxalq elmi-praktiki konfransın materiallar toplusunda dərc edilmişdir. Məqalədə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) təcrübəsinə nəzər yetirilib və insanların əlverişli (sağlam) ətraf mühitdə yaşamaq hüququna “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ) və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələri kontekstindən yanaşıldığı geniş şərh edilib.