ANONS JURNALİSTLƏRİN NƏZƏRİNƏ!

2017-ci il dekabrın 14-də saat 12.00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Nümayəndəliyi ilə birgə “10 Dekabr Ümumdünya İnsan Hüquqları günü” nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Tədbir 2018-ci ildə 70-ci ildönümü qeyd olunacaq “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda keçiriləcək silsilə tədbirlərin açılış mərasiminə həsr olunur.

Hakimliyə namizədlərin mühazirəsi keçirildi

30-31 oktyabr 2017-ci il tarixdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda Ədliyyə Akademiyasında uzunmüddətli tədris kursu keçmiş hakimliyə namizədlərə mühazirə keçirilmişdir.

“Ermənistan-Azərbaycan, daşlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans

19 oktyabr 2017-ci ildəsaat 10:00-da (qeydiyyat 9:30da başlayır) AMEA-nın Hüquq vəİnsan Haqlarıİnstitutu və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin birgə əməkdaşlığı ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində ” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Qonaq elmi işçinin hesabati dinlənilmişdİr

12 oktyabr 2017-ci il tarixdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitutun və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (Agentlik) tərəfindən birgə həyata keçirilən “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində Hindistanın Cəvahirləl Nehru Universitetinin elmi işçisinin “Azərbaycanda multikulturalizm və tolerantlıq prinsipi; insan hüquqları” mövzusunda araşdırdığı elmi tədqiqat işinin hesabatı dinlənilmişdir.

Yaşasaydı 57 yaşi olacaqdı…

Prоfеssоr Rövşən Mustаfаyеv. Аrtıq səkkiz ildən çохdur ki, bu qеyri-аdi insаn, böyük аlim, pаrlаq ictimаi хаdim аrаmızdа yохdur. Görkəmli Аzərbаycаn аlimi, böyük vətəndаş Rövşən Fаiq оğlu Mustаfаyеv 1960-cı il оktyаbrın 5-də Bаkı şəhərində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1977-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtinin filоlоgiyа fаkültəsinə dахil оlmuş və 1982-ci ildə аli təhsilini bitirmişdir. O, 1988-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtində nаmizədlik dissеrtаsiyаsı müdаfiə еtmiş, еlə həmin ildə «Yаzıçı» nəşriyyаtındа gənc аlimin еlmi şərhləri ilə «Mirzə Şəfi Vаzеhin nəğmələri. Unudulmuş və аz tаnınаn rus tərcümələri» şеirlər tоplusu çаp оlunmuşdur

Anons (“jurnalistlərin nəzərinə!”)

14 iyul 2017-ci il tarixdə saat 11-00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Beynəlxalq Əlillər Cəmiyyəti” İB ilə birgə əməkdaşlıq çərçivəsində “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” adlı elektron kitabın təqdimatına və layihənin yekununa həsr olunmuş Mətbuat Konfransı keçirəcək.

İnstitutda mülkü müdafiə məşqi keçirildi

13 iyun 2017-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutunda 2017-ci il üçün təsdiq olunmuş Mülkü Müdafiə tədbirlər planına uyğun olaraq, “Fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülkü müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda İnstitutun rəhbər heyəti ilə birgə Mülkü Müdafiə məşqi keçirildi.

Nəşrlər

Müsahibələr