MFP-nin müvafiq bəndləri üzrə Hüquq və İnsan Haqları İnstitutunun 2018-ci il üçün hesabatı

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 27 dekabr tarixli 1038 nömrəli Sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində

Milli Fəaliyyət Proqramında həyata keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və

 İnsan Haqları İnstitutuna həvalə olunmuş tədbirlərin icrası üzrə 2018-cı il

 ərzində görülmüş işlər barədə

 M Ə L U M A T

 

Müvafıq bəndin № Tədbirin adı İcra müddəti İcra orqanı  
Birinci Fəsil Normativ-hüquqi bazanın təkmilləşdirilməsi
Müvafıq bəndin adı: 1.2 Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi
1.2 AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu işlərin aparılması məqsədilə milli qanunvericiliyin beynəlxalq norma və standartların tələblərinə uyğunlaşdırılması üzrə təkliflər hazırlanmışdır. 2018-ci il ərzində AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutu
Görülmüş işlər
Hesabat dövründə: 1. Kredit alanların hüquqlarının və qanuni maraqlarının hüquqi müdafiəsi mexanizminin problem məsələləri və təkmilləşdirilməsi istiqamətləri üzrə məruzə hazırlanmışdır. Məruzədə müvafiq sahədə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi təhlil edilmiş və təkmilləşdirilməsi istiqamətləri ilə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 4. “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 5. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 6. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 7. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür. 8. “Əmək pensiyaları haqqinda” Azərbaycan Respublikası Qanununun hüquqi ekspertizası aparılaraq bu sənədlə bağlı İnstitutun mövqeyini ifadə edən rəy, mülahizə və təkliflər irəli sürülmüşdür.
İkinci Fəsil Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi
Müvafiq bəndin adı: 2.1 Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin  Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi
Görülmüş işlər
2.1 1. AMEA Hüquq və İnsan Haqları İnstitutunda “20 yanvar” hadisələrinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. 18 yanvar 2018-ci il tarixində AMEA-nın Hüquq və   İnsan Haqları İnstitutu
Tədbirdə böyük siyasətin günahsız qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor, Milli Məclisin deputatı Aytən xanım Mustafazadə dünya azərbaycanlılarının yaddaşına həkk olunmuş həmin gecənin unudulmadığını bildirərək, hər bir azərbaycanlı alimin o vaxtkı rəsmi statistik rəqəmlərə istinad etməsinin vacibliyindən, çoxmillətli sakinləri olan Bakıda müxtəlif xalqların nümayəndələrinin günahsız yerə qətlə yetirildiyindən danışıb. Daha sonra söz alan institutun digər əməkdaşları – Xaqan Balayev, Xalid Niyazov, Əli Rzayev, Elşad Mirbəşiroğlu, Raciv Qurbanov, Mirağa Cəfərquliyev və Lalə Əhmədova məlum hadisələrlə bağlı xatirələrini bölüşüblər.
2.1 2. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 26 fevral Xocalı soyqırımı gününun 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. 25 fevral 2018-ci il tarixində AMEA-nın Hüquq və   İnsan Haqları İnstitutu
Tədbirdə Xocalı soyqırımı hadisəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər müzakirə olundu. Bununla yanaşı, Xocalı qətliamında pozulmuş insan hüquqlarına toxunuldu. Həmçinin, ölkə rəhbəri cənab İlham Əliyevin və respublikanın Birinci xanımı, 1-ci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki müstəsna xidmətləri iştirakçıların diqqətinə çatdırıldı. Eyni zamanda, Xocalı soyqırımının dünyada tanınması üçün qarşıya qoyulmuş məqsədlərdən və görüləcək işlərdən danışıldı.
2.1 3. “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin kataloqu”   çapa hazırlanıb. 2018-ci il ərzində AMEA-nın Hüquq və   İnsan Haqları İnstitutu
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, YUNESKO-nun Azərbaycan Respublikasındakı Milli Komissiyasının dəstəyi ilə  Azərbaycanın arxiv materialları əsasında hazırlanan nəşr mühüm siyasi-tarixi əhəmiyyət kəsb edir. Hazırda işğal altında qalan Azərbaycan ərazilərində erməni vandalizminin xüsusi fəallıqla davam etdirilməsi və bu səbəbdən də nəşrin aktuallığı nəzərə alındığından, kitab rus və fransız dillərinə tərcümə olunur və nəşrə hazırlanır. Poliqrafik cəhətdən yüksək səviyyədə və nəfis tərtibatla çap olunmuş kitabla Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi nəticəsində işğal altında qalan daşınmaz tarix və mədəniyyət abidələrinin erməni vandalizminə uğradılması səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan tərəfləri ilk dəfə araşdırılıb. Həmin kitabının davamı olaraq,  bu il ərzində İnstitut tərəfindən “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin kataloqu” çapa hazırlanıb. Kataloqda işğal olunmuş Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi nəticəsində işğal altında  qalmış abidələrin siayahısı və təsviri əksini tapıb. Bu kataloqun əzəli Azərbaycan torpaqlarında Dağlıq Qarabağın mədəni, irsi dəyəri olan tarixi memarlıq abidələrinin qorunması işində böyük rolu var.
2.1 AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Агафангел “Патмутюн хайоц” или крушение армянской истории”  adlı kitab işıq üzü görmüşdür. 2018-ci il ərzində AMEA-nın Hüquq və   İnsan Haqları İnstitutu
AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Агафангел “Патмутюн хайоц” или крушение армянской истории”  adlı kitab hazırlanıb. Həmin nəşr mühüm siyasi-tarixi əhəmiyyət kəsb edir. Bu kitab Aqafangel adlı bir yunanın yazdığı güman edilən “Hayların tarixi”nin tənqidi təhlilindən ibarətdir. Aqafangeli və ya müəllifliyə iddialı olan digərlərini ifşa edən tutarlı faktlar ortaya qoyan İnstitutun əməkdaşı Abbas İslamov “Hayların tarixi”nin qeyri-dəqiqliyini və saxtalığını sübut edir.
Dördüncü Fəsil İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri
Müvafıq bəndin adı: 4.3  BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş «İnsan hüquqları sahəsində maarifləndirmə» və «İnsan hüquqları sahəsində təhsil», BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun «Davamlı İnkişaf naminə təhsil» onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması
Görülmüş işlər
4.3 AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutunun direktoru, h.e.d., prof. Aytən Mustafazadə və şöbə müdiri, h.ü.f.d. Zamiq Aslanov tərəfindən “Tibb  hüququ” adlı dərs vəsaiti hazırlanmışdır. 2018-ci il ərzində AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutu
AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutunun direktoru, h.e.d., prof. Aytən Mustafazadə və şöbə müdiri, h.ü.f.d. Zamiq Aslanov tərəfindən “Tibb  hüququ” adlı dərs vəsaiti hazırlanmışdır. Həmin dərs vəsaiti Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır. Təqdim olunan dərs vəsaitində müasir dövrdə Azərbaycan Respublikasında tibbi fəaliyyətin hüquqi tənzimi və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılmış, tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqları, tibb işçiləri və həkimlərin hüquqi statusu, pasiyentlərin hüquqlarının pozulmasına görə məsuliyyət, Azərbaycan Respublikasında əhalinin sanitariya-epidemioloji salamatlığının hüquqi əsasları, insan orqan və toxumalarının transplantasiyası üzrə tibbi fəaliyyətin hüquqi əsasları, Azərbaycan Respublikasında icbari tibbi sığortanın hüquqi tənzimi, həkim səhvi, tibbi fəaliyyətin bir sıra digər təzahürlərinin hüquqi əsasları, beynəlxalq tibb hüququ kimi məsələlər nəzərdən keçirilmişdir. Dərslikdə əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi ilə bağlı əsas müddüalar və qüvvədə olan səhiyyə qanunvericiliyinin normaları nəzərə alınmaqla, aydın, lakonik və kompakt şəkildə əks etdirilmişdir. Kitabda nəzəriyyə və praktikanın vəhtədi bu sahədə boşluğu aradan qaldırmaq üçün atılan ilk addımdır. Dərs vəsaitindən hüquq və tibb təhsili verən ali təhsil müəssisələrinin müəllimləri, doktorantları və tələbələri, səhiyyə və sosial xidmət işçiləri və bütövlükdə, tibbi fəaliyyətin hüquqi nizamlanması məsələləri ilə maraqlanan hər kəs yararlana bilər. Həmin kitab rus və ingilis dillərinə tərcümə olunur. Qeyd etmək lazımdır ki, AMEA-nın Hüquq və İnsan Haqları  İnstitutunun direktoru, h.e.d., prof., Milli Məclisin deputatı A.İ.Mustafazadə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hakimlər, vəkillər və Ədliyyə Nazirliyinin əməkdaşları üçün, habelə Ədliyyə Akademiyası tərəfindən hakimliyə namizədlər və Bakı Dövlət Universitetinin İnsan hüquqları kafedrasının tələbələri üçün mühazirələr oxuyur.
Müvafıq bəndin adı:  4.6 İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi;
Görülmüş işlər
4.6 AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilmişdir. 21 fevral 2018-ci il tarixində AMEA-nın  Hüquq və  İnsan Haqları institutu
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu “Tibb hüququ – Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirib. Konfransı giriş sözü ilə AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə açaraq dünya ölkələrinin təcrübəsində müstəqil hüquq sahəsi kimi formalaşan tibb hüququ barəsində geniş məlumat vermiş, cəmiyyətdə tibb hüququ sahəsində məlumatların olduqca səthi xarakter daşıdığını və bu fənnin Tibb Universitetində və hüquq fakültələrində tədrisinə ciddi zərurətin olduğunu vurğulamışdır. Tədbirdə tibb hüququnun ümumi xarakteristikası, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan sağlamlığın qorunması mövzularına toxunulmuş, eyni zamanda, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququndan, Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübədə pasiyent hüquqlarından, tibb işçiləri və həkimlərin hüquqi statusundan, pasiyentlərin hüquqlarının pozulmasına görə məsuliyyətdən söhbət açılmışdır. Tədbirdə Milli Məclisin deputatları və komitə sədrləri, Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri, alimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak etmişdir.
Müvafıq bəndin adı: 4.7. Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi
Görülmüş işlər
4.7 Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilmişdir. 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Respublika elmi-nəzəri konfransı keçirilmişdir. “Ümummili lider Heydər Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları verilmişdir. Ulu öndər Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasına böyük önəm vermişdir”. Bu sözləri tədbirin açılışında çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə vurğulamışdır. Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq üzrə elmlər doktoru, professor İlham Rəhimov da çıxış etmişdir. Həmçinin, tədbir iştirakçılarından AR Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov, BDU-nun hüquq fakültəsinin dekanı, h.ü.e.d, professor Əmir Əliyev, Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, h.ü.e.d. Ayxan Rüstəmzadə, AR Konstitusiya Məhkəməsinin “Konstitusiya hüququ” şöbəsinin müdiri, h.ü.e.d. Dürdanə Məmmədova, BDU-nun “Konstitusiya hüququ və bələdiyyə hüququ” kafedrasının müdir müavini, baş müəllim Elşad Nəsirov və digər natiqlər də aidiyyatı mövzularda çıxış etmişlər. Daha sonra mövzu ətrafında müzakirələr aparılmışdır. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər və KİV nümayəndələri iştirak etmişlər.
Müvafıq bəndin adı: 4.9. İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evi və s.) və ya şəbəkələrinin yaradılması
4.9 AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda təşkil olunan “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılış mərasiminə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. 25 yanvar 2018-ci ildə tarixində AMEA-nın  Hüquq və  İnsan Haqları institutu
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda təşkil olunan “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açılış mərasiminə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycan Respublikasında fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həllinin, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsinin, peşə hazırlığının, iş yerləri ilə təmin olunmanın vacibliyini vurğulamışdır. Bu istiqamətdə görülən işlərin ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim nəzarətdə saxlandığını, həmçinin bu məsələnin ölkəmizdə insan hüquqlarının qorunmasına dəstək baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Daha sonra tədbir iştirakçıları da çıxış edərək fiziki imkanları məhdud şəxslərin sosial hüquqları ilə bağlı problemli məsələləri müzakirə etmiş, onlara diqqət və qayğının artırılması istiqamətində əhəmiyyətli təkliflər vermişlər. Tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və digər nazirlik və komitələrin, beynəlxalq təşkilatların təmsilçiləri, Paraolimpiya komitəsinin nümayəndələri, “Loqos” tibb mərkəzinin əməkdaşları, alimlər və kütləvi informasiya vasitələri nümayəndələri də iştirak etmişdir. Kafedranın fəaliyyət istiqamətinin əsas məqsədi fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının hüquqi cəhətdən qorunması istiqamətində konseptual yanaşmaların işlənilməsi və onların təcrübədə tətbiqi; fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanun və digər normativ-hüquqi akt layihələrinin hazırlanması; fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərin hazırlanmasından ibarətdir. Kafedranın tədris fəaliyyəti - fiziki imkanları məhdud olan şəxslərin hüquqları üzrə peşəkar mütəxəssislərin hazırlanmasına yönəlmişdir. Kafedranın elmi fəaliyyəti – sosial-iqtisadi hüquqlar sahəsində, o cümlədən fiziki imkanları məhdud olan şəxslərin hüquqları sahəsində milli qanunvericiliyin öyrənilməsi və təhlili, habelə onların hüquqlarının gerçəkləşdirilməsi ilə bağlı problemlərin araşdırılmasıdır.
Müvafıq bəndin adı: 4.14 İnsan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi
Görülmüş işlər
4.14 1. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu cari il üzrə 2 (iki) əməkdaşlıq müqaviləsi imzalamışdır. 29 noyabr 2018-ci il tarixində AMEA-nın Hüquq və  İnsan Haqları institutu
Həmin bəndə uyğun olaraq, müvafiq dövlət qurumları ilə yazışmalar aparılır və birgə işlər görülür; İnstitut AR Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Çin Xalq Respublikasının Sosial Elmlər və Müasir Beynəlxalq Münasibətlər Akademiyaları, Moskva Dövlət Universitetinin Bakı filialı, Moldova Respublikasının Elmlər Akademiyası, YUNESKO qurumları ilə əməkdaşlıq əlaqələri qurmuşdur və bu əlaqələri davam etdirməkdədir. Hesabat dövründə: 29 noyabr 2018-ci il tarixində AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında hüquq elminin yeni sahəsi – tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında Memorandum  imzalanıb.
4.14 2. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nı həyata keçirməkdədir. 2018-ci il ərzində AMEA-nın Hüquq və  İnsan Haqları institutu
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə birgə Azərbaycan və Xəzər hövzəsi regionu ilə bağlı elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nı həyata keçirməkdədir. Proqramın məqsədi Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, xarici elm xadimləri vasitəsilə Azərbaycan həqiqətləri haqqında düzgün və dolğun informasiya verməkdir. Proqram çərçivəsində: İyul-sentyabr aylarında elmi araşdırmaların aparılmasında iştirak etmək məqsədilə Gürcüstan Respublikasından elmi tədqiqatçı İqor Strelnikov “Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı erməni işğalçıları tərəfindən kimyəvi silahın qanunsuz istifadəsi” mövzusunda tədqiqat işi aparmışdır. Avqust-oktyabr aylarında Özbəkistan Respublikasından elmi tədqiqatçı Abduvali Saybnazarov “Dağlıq Qarabağ münaqişəsi humanitar aspektdə: mədəni irsin məhvi” mövzusunda elmi tədqiqat yerinə yetirmişdir. Hər bir tədqiqatçı tədqiq etdiyi mövzunun təqdimatını təşkil etmiş və məqalə yazmışdır. Təcrübə proqramının sonunda iştirakçılar Hüquq və İnsan Haqları İnstitutu və AİDA tərəfindən  müvafiq sertifikatla təltif edilmişdir.
Müvafıq bəndin adı: 4.15  Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi
Görülmüş işlər
4.15   2018-ci il ərzində AMEA-nın Hüquq və  İnsan Haqları İnstitutu
Həmin bəndə uyğun olaraq, İnsan Hüquqları İnstitutunda hazırlanan və  nəşr olunan kitablar aşağıda qeyd olunan təşkilatların  və institutların kitabxanalarına  göndərilir:  Mirzə Fətəli Axundov adına  Milli Kitabxana; Azərbaycan Milli Elmlər Akademiyası; Bakı Dövlət Universiteti; Azərbaycan Müəllimlər İnstitutu; Dövlət İdarəçilik Akademiyası; Azərbaycan Dillər Universiteti; Qərb Universiteti; M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı; Qafqaz Universiteti; Avrasiya Universiteti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı, Polis Akademiyası və s. Hesabat dövründə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçiləri tərəfindən aşağıdakı nəşrlər çap olunmuşdur: Dərc olunan kitablar: 1.         Faiq İsmayılov “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində tarix və memarlıq abidələrinin” kataloqu”, Bakı: “Elm və təhsil”, 2018, 244 səh. 2.         h.e.d., prof. Aytən Mustafazadə.  “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri”, Bakı: “Elm və təhsil”, 2018, 152 səh. 3.         h.ü.f.d. R.Ağasiyev. “Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu”, Bakı: “Elm”, 2018, 364 s. 4.         h.e.d., prof. M.İmanlı. “Mülkiyyət əleyhinə edilən cinayətlər”, Bakı: “ADMİU” mətbəəsi, 2018, 336 s. 5.         h.e.d., A.Quliyev. “Sosioloji hüquqşünaslığın tarixi aspektləri”, Bakı: “AFPoliqrAF” nəşriyyatı, 2018, 274 s. 6.         И.Аббасов “Агафангел “Патмутюн хайоц” или крушение армянской истории” Elm və Təhsil nəşriyyatı, Bakı, 2018 7.         “Özümüzü və dünyanı dərketmə yolunda”.  Bakı: “Elm və təhsil”, 2018,  200 s. 8.         h.e.d. İ.V.Vəliyev. “Sabitlik və rifah naminə siyasət”. Bakı: “Təhsil”, 2018 9.         h.ü.e.d. R.Qurbanov, Noel Rubotham (İrlandiya). “Making justice more efficient”. Kitabça (fransız və ingilis dil.).  Avropa Şurası, Strasburq,  2018 Monoqrafiyalar: 1.         h.ü.e.d. R. Qurbanov, Jan-Paul-Jan (Fransa), Qeorq Stava (Avstriya), Simon Kres (Almaniya), Martina Vrdoljak (Xorvatiya), Jasa Vrabek (Sloveniya). “European Judicial Systems. Efficiency and Quality of Justice” (fransız və ingilis dil.). Avropa Şurası, CEPEJ Studies №26 (Elmi Nəşrlər), Strasburq, 2018 2.         h.ü.e.d. R.Qurbanov. “Право и внешнеэкономическая деятельность: история и современность”.    Moskva: «Проспект» nəşriyyatı, 2018 Dərsliklər: 1.         h.e.d., prof. N.Cəfərli. “Müqayisəli hüquqşünaslıq”.  Bakı: “Elm və təhsil”, 2018,  270 s. 2.         h.ü.f.d., dos. B.Əliyev, müəlliflər kollektivi ilə birlikdə.  “Əməliyyat-axtarış fəaliyyətinin əsasları (elmi-nəzəri, hüquq əsasları və təcrübi aspektləri”). Bakı: “Zərdabi-Nəşr” MMC, 2018, 834 səh. 3.         h.e.d.,prof., M.İmanlı. “Mülkiyyət əleyhinə edilən cinayətlər”. Bakı: Digesta, 2018, 336 s. 4.         h.e.d., prof. M.İmanlı. “Уголовное право. Особенная часть”. Учебник подготовлен ведущими преподавателями М.Г.Ю.А. имени О.Е.Кутафина. Глава VI. «Преступление против семьи и несовершеннолетних». Москва: Издательство Проспект, 2018 5.         h.ü.e.d., R.Qurbanov. “Трудовое право для бакалавров. Aкадемический курс”. Moskva: “Юрайт”, Plexanov adına Rusiya İqtisad Universiteti, 2018 6.         h.ü.e.d. R.Qurbanov. “Право союзного государства Беларуси и России”. Москва: Издательство Проспект, Plexanov adına Rusiya İqtisad Universiteti, 2018

Rəqəmlərdə

  • 161

    Events
  • 10

    Departments
  • 152

    Publications

TƏDBİRLƏRİMİZ