Gənc alimimiz ölkəmizi və institutumuzu Türkiyədə təmsil etdi

5-6 sentyabr 2019-cu il tarixlərində Türkiyə Respublikasında Özyeğin Üniversitetinin Hüquq Fakültəsinin, Hüquq Alimləri Birliyinin və Balıkesir Bürosunun birgə təşkilatçılığı ilə V Beynəlxalq Tibb Hüququ Konfransı keçirilib.
Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və Konstitusiya hüququ” şöbəsinin müdiri, Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun müdiri, hüquq üzrə elmlər doktoru, dosent Ayxan Xankişi oğlu Rüstəmzadə təmsil edib.
Hüquq üzrə elmlər doktoru, dosent Ayxan Rüstəmzadə Konfransın “Əlaqəli hüquqda sağlamlıq hüququnun problemləri” seksiyasının moderatoru olmaqla, “Azərbaycan Respublikasında Tibb hüququnda ölüm məsuliyyəti” adlı məruzə ilə çıxış edərək tibb hüququnun hüquqda yeri, sağlamlıq hüququnun müdafiəsinin vacibliyi, bu sahədə qəbul edilmiş qanunvericilik aktlarının mötəbərliyi, həkim və tibb personalının hüquqi məsuliyyəti, bilavasitə cinayət məsuliyyəti barədə nəzəri və təcrübi məlumatları, eləcə də bu növ işlərin icrasında vəkilliyin müsbət təcrübəsi, aparılan hüquqi yardımın əsasları barədə məlumatı ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb.
Həmçinin, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən xanım Mustafazadənin müəllifi olduğu “Tibb hüququ” adlı dərs vəsaiti Konfransda iştirak edən alimlərə və Balıkesir Bürosunun kitabxanasına təqdim olunub.

Rəqəmlərdə

  • 179

    Events
  • 10

    Departments
  • 165

    Publications

TƏDBİRLƏRİMİZ