Tarixi zəfərlərə aparan yol

Bu gün xalqımız Qafqaz İslam Ordusu tərəfindən Bakının 15 sentyabr 1918-ci ildə mənfur erməni-bolşeviklərdən azad olunmasının 103-cü ildönümünü qeyd edir. Hələ 1915-ci ildə azərbaycanlı oğullar Çanaqqalada türk qardaşlarının köməyinə çatmışdı. Döyüşçülər qardaş torpaqlarında şəhadətə qovuşdular. Üç il sonra 1918-ci ildə böyük türk ordusu oxşar mübarizə üçün Azərbaycanda idi. Azərbaycan çar Rusiyasının əsarətindən qurtarıb, 1918-ci il mayın 28-də ilk müstəqil respublikasını qursa da, ölkədə mürəkkəb, təhlükəli hərbi-siyasi şərait mövcud idi və dövlətin müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaşmamışdı. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Aidə Bəndəliyeva deyib. O bildirib ki, müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Neft Bakısı o zaman erməni tör-töküntüləri, bolşeviklər və ingilislərin işğalı altında idi. Ermənilər otuz min azərbaycanlını qətlə yetirmişdi.
Müsahibənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 339

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ