Qlobal təhlükəsizlik məsələlərinə həsr olunan təlim keçiriləcək

26 sentyabr-04 oktyabr 2020-ci il tarixlərində Rusiya Federasiyasının Zveniqorod şəhərində PİR-SENTR Beynəlxalq Məktəb tərəfindən gənc diplomatların, hərbçilərin, beynəlxalq münasibətlər üzrə alimlərin və jurnalistlərin qlobal və regional təhlükəsizlik çağırışları barədə biliklərinin artırılması məqsədilə qlobal təhlükəsizlik məsələlərinə dair təlim təşkil olunacaq.
Təlimdə iştirakla bağlı beynəlxalq nəqliyyat xərcləri göndərən qurumun hesabına, digər xərclərin isə PİR-SENTR tərəfindən qarşılanması nəzərdə tutulur.
İştirakçılar rus və ingilis dillərini bilməlidirlər. Ərizə-anket formasını www.school.pircenter.org internet səhifəsindən əldə etmək olar. Namizəd oluğu təqdirdə ərizə anket formasının 10 avqust 2020-ci il tarixinədək edu@pircenter.org elektron ünvanına göndərilməsi və bu barədə AMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinin məlumatlandırılması xahiş olunur.

Rəqəmlərdə

  • 269

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ