“Qafqaz regional münasibətlər sistemində: Türkiyə, İran, Ərəb ölkələri” mövzusunda yay məktəbi keçirilib

Cari ilin 16-27 avqust tarixlərində Rusiya Federasiyasının Ali İqtisadiyyat Məktəbi və Cənub Federal Universiteti "Qafqaz regional münasibətlər sistemində: Türkiyə, İran, Ərəb ölkələri" adlı yay məktəbi təşkil ediblər.
On iki gün davam edən yay məktəbində adıçəkilən universitetlərin yuxarı kurs tələbələri və magistrantları iştirak ediblər. Yay məktəbi çərçivəsində bir neçə ölkənin tanınmış alimlərinin, mütəxəssislərinin onlayn mühazirələri keçirilib.
Ölkəmizi bu tədbirdə AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov təmsil edib. Alim rusiyalı tələbə və magistrantlara "Orta əsrlər və sonrakı dövr Azərbaycan ərazisində mövcud olan dövlətlər Yaxın Şərq və Qafqaz siyasətinin faktoru kimi" mövzusunda onlayn mühazirə oxuyub.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ