Karantin günlərində pulsuz hüquqi yardım xidmətimiz öz fəaliyyətini davam etdirir

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 2018-ci ilin mart ayından fəaliyyətə başlamış institutun "Beynəlxalq hüquq" şöbəsi ilə Dünya Bankının birgə həyata keçirtdiyi "Pulsuz hüquqi yardım xidməti" layihəsi minlərlə insana təmənnasız xidmət göstərməkdədir. Baxmayaraq ki, ölkəmiz xüsusi karantin rejimindədir, institutumuzun müvafiq şöbələri kimi pulsuz hüquqi yardım xidmətimiz də öz fəaliyyətini davam etdirir. Təkcə aprel ayı ərzində 1206 nəfər benifisiar hüquqi yardım almaq üçün layihəyə müraciət etmişdir. Onlardan 1205 nəfərə facebook vasitəsilə, 1 nəfərə isə elektron poçt vasitəsilə hüquqi yardım xidməti göstərilib. Vətəndaşlar onlayn məsləhətlərdən pulsuz hüquqi yardım xidmətinin "Facebook" səhifəsinə və legalaid@human.science.az elektron ünvanına müraciət edərək yararlanmışlar.
Layihəyə daha çox təqaüd, sosial yardım, ümumilikdə isə əmək, ailə, miqrasiya, əmlak, inzibati, istehlakçı, cinayət, vərəsəlik, borc, nəqliyyat və s. məsələlərlə bağlı müraciətlər ünvanlanmışdır. Müraciət edənlərin əksəriyyəti isə aztəminatlı kateqoriyasına aiddir.

Rəqəmlərdə

  • 249

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ