İnstitutda elmi-pedoqoji və istehsalat təcrübəsi keçmələrinə dair “Hüquq” fakültəsinin yeddi tələbəsinə fərqləndirici “Xasiyyətnamə” təqdim olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu uzun illərdir ki, müxtəlif dövlət və özəl ali təhsil müəssisələri ilə əməkdaşlıq edir.
İnstitutun baş direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə institutun profilinə uyğun olaraq Hüquq və İnsan Haqları İnstitutuna müraciət etmiş müxtəlif universitetlərin hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, eyni zamanda politologiya, tarix, şərqsünaslıq ixtisaslarının bakalavr və magistr pilləsində təhsil alan sonuncu kurs tələbələrinə institutda elmi-pedoqoji və istehsalat təcrübəsi keçmələri üçün hər zaman köməklik göstərib.
Hər il olduğu kimi bu il də institutda istehsalat təcrübəsi keçmək üçün Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinin magistr tələbələrinə institutun müvafiq şöbələrində təcrübə toplamaq üçün şərait yaradılmışdır.
Bu gün İnstitutun “Hüququn yeni sahələri” şöbəsinin böyük elmi işçisi Araz Abdullasoyun və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, HT-nin sədri Leyla Məmmədovanın rəhbərliyi və iştirakı ilə institutda elmi-pedoqoji və istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinin “Dəniz və enerji” hüququ ixtisasının yeddi nəfər II kurs magistr tələbələrinə istehsalat təcrübəsinin yekununa dair fərqləndirici “Xasiyyətnamə” təqdim olunub.

Rəqəmlərdə

  • 383

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ