İnsan hüquqlarının tarixi meyara görə təsnifatı verilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Ümumi şöbəsinin müdiri Nigar Məmmədovanın “İnsan hüquqlarının tarixi meyara görə təsnifatı” adlı məqaləsi “Elmi iş” beynəlxalq elmi jurnalında çap olunub.
Məqalədə qeyd olunur ki, insan hüquqları insanları ciddi siyasi, hüquqi və sosial istismardan qorumağa çalışan normalardır. Bu hüquqlardan başlıca olanları din azadlığı, cinayət ittihamı ilə ədalətli mühakimə olunma hüququ, işgəncə görməmək və təhsil hüququdur. İnsan hüquqları fəlsəfəsi dedikdə -insan hüquqlarının mövcudluğu, mahiyyəti, universallığı, əsaslandırılması və hüquqi statusu ilə bağlı suallara cavab başa düşülür.
Müəllifin qənaətincə, Azərbaycanda insan hüquqları sahəsində islahatlar ümummilli liderimiz Heydər Əliyev tərəfindən uğurla həyata keçirilib. Və bu gün cənab Prezident İlham Əliyevin simasında uğurla davam etdirilir.
N.Məmmədova, həmçinin ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzü, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlaması, 44 günlük Vətən müharibəsində döyüş bölgəsindən xeyli uzaqda yaşayan dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri insan hüquqlarının kobudcasına pozulmasının bariz nümunəsi kimi şərh edib.
Gənc alim, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində insan hüquqları istiqamətində qarşıda duraan vacib vəzifələrə də toxunub. Həmçinin insan hüquqları nöqteyi-nəzərindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən sonra əhalinin həmin regiona köçürülməsi və digər bu kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Məqalənin tam mətnini linkə daxil olmaqla oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 339

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ