Hüquq və İnsan Haqları İnstitutunun elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış tədqiqatların yeni metodologiyaya uyğun pilot olaraq həyata keçirilməsi və elmi işlərin nəticələrinin qiymətləndirilməsi mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasında təsis edilən 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm günü” olaraq müəyyən edilmişdir. Elm gününün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür.
Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu AMEA-nın 27 mart “Elm günü”nə həsr olunmuş  Tədbirlər Planına əsasən elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq institutun  elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış tədqiqatlar, yeni metodolojiyanın tətbiq edilməsi və elmi işlərin nəticələrinin qiymətləndirilməsi mövzusunda tədbir keçirib.
Tədbir İnstitutun elmi araşdırmalar sahəsində apardığı, günün aktual mövzularından olan “Şuşa Bəyannaməsi beynəlxalq hüquq normalarının təminatçısı kimi” və “İşğaldan azad edilmiş ərazilərdə strateji əhəmiyyətli çayların mövcud vəziyyətinin təhlili, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yeni konseptual yanaşmanın formalaşdırılması” mövzularına həsr olunmuşdur.
Tədbiri giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri doktoru, professor Aytən xanım Mustafazadə vurğulamışdır ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il iyunun 15-də Qarabağa tarixi səfəri zamanı qədim Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamə imzalayıb. Hər iki ölkə və bütövlükdə Qafqaz üçün böyük hüquqi dəyər kəsb edən “Şuşa Bəyannaməsi” adlanan bu mühüm sənəd ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırılacağını özündə ehtiva edir.
Tədbirdə Beynəlxalq hüquqa əsaslanan bu sənədin təhlükəsizlik cəhətdən əhəmiyyəti vurğulanmış, qeyd olunmuşdur ki, belə bir sənədin iki qardaş dövlət arasında imzalanması nəinki onlar üçün, hətta region üçün və rejionun təhlükəsizliyini, inkişafını sığortalayaraq  beynəlxalq hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan “Şuşa Bəyannaməsi”ndə regionun gələcək inkişafı, xüsusilə də işğalçılardan azad edilmiş Qarabağın dirçəlişi naminə hüquqi əsaslarını qoyaraq gələcək tərəqqinin qarantı olduğunu əks etdirir.
Bəyannamə təkcə bu regionda yerləşən dövlətlərin deyil, həmçinin Cənubi Qafqazın dinc inkişafında maraqlı olan dövlətlərin də böyük marağına səbəb olmuşdur. Şuşa Bəyannaməsinin başlıca strateji məqsədi regionda sülh dialoqu və bərabərhüquqlu əməkdaşlıqdır.
Daha sonra tədbirdə ikici aktual mövzu - Azərbaycan çaylarının və su ehtiyatlarının qorunması və bərpası, eləcə də onların beynəlxalq sənədlərə uyğun qiymətləndirilməsi və məsuliyyət məsələsinin təhlilinə toxunulmuş və geniş müzakirə mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, təxminən 30 il erməni işğalı altında qalmış və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş regionlarımızda Azərbaycana vurulan ekoloji ziyan və su hövzələrinin quruması probleminə də toxunulmuşdur.  Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl ekoloji soyqırımı törətmiş, Azərbaycan təbiətinə sağalmaz ziyan vurmuşdur. Bu ərazilərdə alp çəmənlikləri dəyişdirilmiş, flora və fauna aləminin təbii mühiti məhv edilmiş, çaylara zəhərli kimyəvi tullantılar buraxılmışdır. Nəticədə, regionda təbii ekosistemin tarazlığı pozulmuşdur.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ