Hüquq və İnsan Haqları İnstitutunda professor Nazim Cəfərlinin 75 illik Yubileyi qeyd olunub

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor Nazim Həsən oğlu Cəfərlinin 75 yaşı tamam olub.
İnstitutun baş dirktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə və Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri, eyni zamanda institutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovun və institut kollektivinin iştirakı ilə institutda professor Nazim Cəfərlinin 75 illik Yubileyi qeyd olunub.
İnstitutun baş direktoru A.Mustafazadə yubilyerin elmi-pedoqoji, ictimai fəaliyyətindən, onun insani keyfiyyətlərindən danışaraq professorun institut üçün gördüyü işləri yüksək qiymətləndirərək iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, h.ü.e.d., professor A.Mustafazadə və AMEA Azad Həmkarlar İttifaqının sədri h.ü.e.d., professor H. Qurbanov Nazim Cəfərlini səmərəli elmi fəaliyyətinə və 75 illik yubileyinə görə “Fəxri Fərman”ları ilə təltif ediblər.
Qeyd edək ki, professor SSRİ Daxili İşlər Nazirliyinin “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “DİN-də əla xidmətə görə” döş nişanı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” və bir çox xidmətlərinə görə “Fəxri Fərman”larla təltif olunub.
Nazim Cəfərli 3 dərsliyin, 8 monoqrafiyanın, əllidən çox elmi məqalənin, tədris proqramının və metodiki işin müəllifidir.
Biz də öz növbəmizdə Nazim müəllimə uzun və sağlam ömür, elmi-pedoqoji fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Rəqəmlərdə

  • 379

    Events
  • 10

    Departments
  • 175

    Publications

TƏDBİRLƏRİMİZ