Hüquq və İnsan Haqları İnstitutu ixtisas fənləri üzrə doktoranturaya qəbul imtahanı keçirtdi

Bu gun AMEA-nın Hüquq və İnsan Haqları İnstitutuna doktorantura pilləsinə sənəd verən iddiaçıların “Beynəlxalq hüquq”, “Mülkü hüquq” və “Beynəlxalq münasibətlər” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
AMEA-da doktoranturaya və dissertanturaya qəbul imtahanlarının keçirilməsi haqqında Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 10 dekabr 2019-cu il tarixli 770 nömrəli sərəncamına əsasən 2019-cu il üçün doktorantura və disertanturaya qəbul elan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli qərarına əsasən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilib. İmtahanın nəticələrinə görə xarici dildən müəyyən edilmiş keçid balını toplayan iddiaçılar fəlsəfə imtahanına buraxılıb.
Fevral ayının 21-də baş tutmuş fəlsəfə imtahanından yaxşı nəticə əldə edən namizədlər isə sonuncu mərhələ olaraq seçdikləri ixtisaslar üzrə imtahan vermələri nəzərdə tutulmuşdur.

Rəqəmlərdə

  • 232

    Events
  • 10

    Departments
  • 167

    Publications

TƏDBİRLƏRİMİZ