Heydər Əliyev – əbədiyaşar lider

18 il əvvəl dekabr ayınını 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Həcər Verdiyevanın "veteninfo.az" portalında işıq üzü görən məqaləsində yer alıb.
"Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi klassik və müasir mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi bu qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir" - deyə məqalədə vurğulanıb.
Adıçəkilən məqalənin tam mətnini linkə daxil olaraq oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 355

    Events
  • 10

    Departments
  • 173

    Publications

TƏDBİRLƏRİMİZ