Gənc alimimiz ABŞ-da fəaliyyət göstərən “Qaralama və iftirayla mübarizə liqası”nın təşkil etdiyi beynəlxalq konfransda iştirak edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Hüquq sahələrinin müqayisəli təhlili" şöbəsinin elmi işçisi Səid Musayev ABŞ-da fəaliyyət göstərən Qaralama və İftirayla Mübarizə Liqasının (Anti-Defamation League-ADL) təşkil etdiyi " Amerikadakı ekstremizm və siyasi şiddət: Mövcud mənzərə, gələcəyə baxış" ("Fighting hate from home:Extremism and political violence in America: Current landscape, future outlook") mövzusunda veb formatda keçirdiyi beynəlxalq konfransda iştirak edib.
Tədbir ABŞ-ın keçmiş rəhbərliyinin seçkilərdəki məğlubiyyəti ilə barışmayan ekstremist qrupların zorakılığa əl ataraq birgəyaşayış formatını pozmasına yönəldilmiş çıxışlardan ibarət olub. Eyni zamanda, bu ilin Amerika demokratiyası qarşısında rasizm və eksterimizmlə mübarizə sahəsində həlledici bir il olacağı vurğulanıb.
Tədbir həm də Amerikanın yeni administrasiyasına bu sahədə tədbirlər görməsinin vacibliyi haqqında bir mesaj idi.

Rəqəmlərdə

  • 284

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ