Gənc alim beynəlxalq seminarda iştirak edib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Səid Musayev ABŞ-ın Qlobal Antisemitizm Siyasətinin Tədqiqi İnstitutunun (Institute for the Study of Global Antisemitism and Policy -ISGAP) təşkilatçılığı ilə 2 fevral 2021-ci ildə həyata keçirilən beynəlxalq seminarda iştirak edib.
Yəhudi icmasının və digər azlıqların Belçikanın Fransız dilli məktəblərində qavranılması (the perception of the Jewish community and other minorities within Belgium's French-speaking schools) mövzusunda təşkil olunan tədbir Azad Brüssel Universitetinin(ULB) professoru Joel Kotekin təqdimatında aparılmışdır.
Aralarında İsrail, ABŞ, Fransa, Belçika, Macarıstan, Hindistandan olan 5o-dən çox tədqiqatçı və ekspertin qatıldığı tədbirin əsas mövzusu Belçika cəmiyyətində Yəhudi icmasının tez-tez məruz qaldığı antisemitizm insidentləri və bu fenomenin müxtəlif təzahürləri olan online anti-yəhudi nifrəti, BDS (İsrail istehsalı məhsulların baykot edilməsi kampaniyası) və antisionizm insidentlərinin xarakterik cəhətlərini; Belçika hökümətinin antisemitizmə qarşı mübarizə sahəsində apardığı praktiki siyasət və bu istiqamətdə qanunvericilikdə atılan son addımların təhlil edilməsinə imkan vermişdir.
Öz çıxışı zamanı sekulyar, konstitusion hüquqların müdafiə olunduğu bir ölkədə yaşadığını qeyd edən gənc alim Səid Musayev Azərbaycanın antisemitizmə qarşı mübarizə sahəsində ideal bir ölkə olaraq öyrənilə biləcəyini bildirərək, yaşadığı ölkədə etnik-mədəni müxtəlifliyin bir harmoniya altında necə qorunması, Yəhudilərin yaşayış tərzinə multikultural Azərbaycan cəmiyyətində necə hörmət olunması haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.

Rəqəmlərdə

  • 284

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ