“Covid-19 və onun Azərbaycan cəmiyyətinə təsirləri” mövzusunda vebinar keçirilib

1-2 sentyabr 2021-ci il tarixlərində Avropa ittifaqının və BMT-nin İnkişaf Proqramının təşkil etdikləri “Covid-19 və onun Azərbaycan cəmiyyətinə təsirləri” mövzusunda vebinar keçirilib.
Vebinarda COVID-19 (koronavirus) pandemiyası kontekstində Azərbaycan cəmiyyətində vətəndaş-dövlət münasibətlərinə bir nəzər, Azərbaycanda COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsirinin sürətli gender qiymətləndirməsi, COVID-19 pandemiyası dövründə Azərbaycanda narkotik maddələrdən asılılığın müalicəsi və xidmətlər və digər aktual mövzular müzakirə olunub.
Tədbirdə iştirak edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucova çıxış edib. Alim 2020-ci ildə Covid-19 pandemiyası dövründə həyata keçirdiyi layihə və onun çərçivəsində apardığı tədqiqat işi ilə bağlı vebinar iştirakçılarına ətraflı məlumat verib.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ