Ermənilərin “əsir” siyasəti: Bu dünyanın cəhənnəmindəki azərbaycanlıları necə xilas edək?

Bu gün Beynəlxalq İtkinlər Günüdür. Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.
"Son vaxtlar Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum məzarların açılmasına icazə aldı. İstər əsas şəhidlər xiyabanında, istərsə də ikinci şəhidlər xiyabanında naməlum hərbçilərin məzarları açılır. Azərbaycan bununla bağlı xüsusi beynəlxalq proqrama qoşulub. İtkin düşmüş şəxslərin ailələrindən götürülmüş DNK analizləri nəticəsində işlər aparılır və naməlum məzarlarda dəfn olunmuş şəxslərin, yəni itkin hesab etdiyimiz insanların bəzilərinin şəhid olduğu aşkara çıxarılır. Bu, çox müsbət haldır".
Bu fikirlər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucovanın "publika.az"a müsahibəsində yer alıb.
Müsahibənin tam mətnini linkə daxil olaraq oxuya bilərsiniz.

Rəqəmlərdə

  • 323

    Events
  • 10

    Departments
  • 170

    Publications

TƏDBİRLƏRİMİZ