“Cәnubi Qafqaz: postmünaqişә vәziyyәtinin siyasi-hüquqi aspektlәri” adlı məqalələr toplusunun təqdimatı keçirilib

Xəbər verdiyimiz kimi, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn konfrans çərçivəsində “Cәnubi Qafqaz: postmünaqişә vәziyyәtinin siyasi-hüquqi aspektlәri” adlı məqalələr toplusunun təqdimatı olub.
Adıçəkilən toplunun elmi məsləhətçisi Hüquq vә İnsan Haqları İnstitutunun direktoru, hüquq elmlәri doktoru, professor Aytәn Mustafazadә, elmi redaktoru DİA-nın kafedra müdiri, hüquq elmlәri doktoru, professor, Fövqәladә vә sәlahiyyәtli sәfir, ikinci dәrәcә dövlәt müşaviri Namiq Əliyevdir.
Beynəlxalq tədbirdə çıxış edən professor Aytən Mustafazadə diqqətə çatdırıb ki, “Cәnubi Qafqaz: postmünaqişә vәziyyәtinin siyasi-hüquqi aspektlәri”ndə Azərbaycandan, Polşadan, Moldovadan, Litvadan, Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, eləcə də İsraildən və Rusiya Federasiyasından olan müəlliflərin məqalələri yer alıb.
Qeyd edək ki, məqalələr toplusu AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub.
Aytən Mustafazadə vurğulayıb ki, “Elm vә tәhsil” nəşriyyatında işıq üzü görən topluda “ABŞ və üzdəniraq “erməni məsələsi”nin reanimasiyası geosiyasəti”, “İkinci Qarabağ müharibәsindәn sonra Mәrkәzi Asiya vә Cәnubi Qafqaz ölkәlәri arasında әmәkdaşlıq: “ermәni amili” vә yeni qarşılıqlı әlaqә formalarının yaradılması perspektivlәri”, “Qarabağın bərpasının geoiqtisadi perspektivləri”, “İkinci Qarabağ Vətən müharibəsindən sonra gərginliyin problemli vektorları” kimi mühüm mövzulara həsr olunmuş məqalələr yer alıb.

Rəqəmlərdə

  • 342

    Events
  • 10

    Departments
  • 171

    Publications

TƏDBİRLƏRİMİZ