İnstitutun 2019-cu il üçün yekun iclası keçirilib

Bu gün AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun 2019-cu il üçün yekun iclası keçirilib.
İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən hesabat iclasını institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə açaraq 2019-cu il ərzində institutda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar tapşırılmış elmi işlərin yerinə yetirilməsinə dair ümumiləşdirilmiş məlumat verərək, il ərzində institut şöbələrinin gördüyü işlərin, çap olunmuş elmi nəşrlərin, yenicə çapdan çıxmış məqalələr toplusunun institut üçün əhəmiyyəti və vacibliyini qeyd edib.
A.Mustafazadə ölkəmizin nailiyyətlərini dünya ölkələri ilə paylaşmaq, həmçinin məhkəmə-hüquq sahəsində süni intellektin və informasiya texnologiyalarının tətbiq olunmasına dair beynəlxalq təcrübəni öyrənmək məqsədilə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkil etdiyi Bakıda ilk dəfə keçirilmiş “Süni intellekt və insan hüquqları” adlı beynəlxalq konfransın məhz institut üçün böyük uğur olduğunu xüsusi vurğuladı.
Daha sonra professor 2019-cu il hesabat dövründə İnstitutun mövqeyini ifadə edən əməkdaşlıq görüşlərinin nəticələrinin ümidedici olacağını bildirərək, 2020-ci ildə qarşıda duran məsələləri diqqətə çatdırmış, eyni zamanda institut əməkdaşlarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik etmiş, alimlərimizə elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır.

Rəqəmlərdə

  • 269

    Events
  • 10

    Departments
  • 168

    Publications

TƏDBİRLƏRİMİZ